Yeni Azərbaycan Partiyanın strateji hədəfləri

Yeni Azərbaycan Partiyanın strateji hədəfləri

Əliqismət Səfərov

YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri

Suraxanı rayonu, 318 nömrəli tam orta məktəbin direktoru

Yaradılma tarixinə nəzər salsaq, görərik ki, YAP ölkədə özbaşınalığın, xaos və anarxiyanın hökm sürdüyü, Azərbaycan dövlətçiliyinin məhv olmaq təhlükəsi ilə qarşılaşdığı zamanda 1992-ci ilin noyabr ayının 21-də yaradıldı.  21 noyabr 1992-ci il tarixi Azərbaycan ictimai-siyasi həyatının ən əlamətdar, ən şərəfli səhifələrindən biridir. Məhz həmin gün, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə müstəqil ölkəmizin inkişafında müstəsna xidmətləri olan Yeni Azərbaycan Partiyas ı yaranıb.

Bu gün partiyanın hər bir üzvü sevinclidir. Artıq ötən ildən partiyanın yaradılmasının ildönümünü Zəfər ab-havası ilə qeyd edirik. Məhz uğurlarımız, dövlət başçısı, Müzəffər Ali Baş Komandanın qətiyyəti, ordumuzun gücü, xalqımızın birliyi bizə bu Qələbə sevincini yaşatdı. Bu baxımdan əvvəlki ildönümlərindən fərqli olaraq bu il partiyanın yaradılması tarixini tamamilə başqa ovqatda qeyd edəcək, Zəfərimizi ötən illərdə görülən işlərin nəticəsi kimi dəyərləndirərək bugünümüzdən və perspektivlərdən bəhs edəcəyik.

Bu gün  hansı sahəyə diqqət yetirsək Zəfərimizin nəticələrini görürük. Yeni Azərbaycan Partiyasının VII qurultayında YAP-ın Sədri, ölkə Prezidenti İlham Əliyev proqram xarakterli nitqində müstəqillik tariximizi təhlil edərək ulu öndər Heydər Əliyevin düzgün müəyyənləşdirdiyi siyasətin Azərbaycana qazandırdığı uğurları əsaslı şəkildə diqqətə çatdırdı. Məhz 1993-2003-cü illərdə yaradılan möhkəm bünövrə üzərində Azərbaycan son 17 ildə daha da inkişaf edərək 44 günlük İkinci Qarabağ müharibəsində Zəfərə imza atdı: «Təbii ki, 2003-cü ildə xalq Heydər Əliyev siyasətinə səs vermişdir, mənə etimad göstərmişdir. Çünki mən demişdim ki, əgər xalq etimad göstərərsə, Ulu Öndərin siyasətinə sadiq qalacağam. O əsas amillərdən biri idi. Həyat onu göstərdi ki, biz son 17 il ərzində doğrudan da tarixi uğurlara imza atdıq. 

Güc faktoru beynəlxalq münasibətlər sistemində öz aktuallığını qoruyub saxladığı üçün YAP hakim partiya olaraq öz siyasətini adekvat olaraq qurur. Sosial ədalət və insan amili, Multikultural cəmiyyət,Demokratik ənənələrin inkişafı. Partiyadaxili münasibətləri xaraktrizə edən əsas meyarlar:

Peşəkarlıq,İşgüzar münasibətlər,Şəxsi inkişaf,Sağlam rəqabət,Etik davranış və milli dəyərlər,İnnovativ inkişaf və kreativlik,Elmlilik,Müasirlik. “YAP Azərbaycan Respublikasının qanunvericiliyi çərçivəsində,özünün Nizamnaməsi və Proqramı əsasında fəaliyyətə başladı. YAP müxalifət partiyası kimi yaransa da, onun hakimiyyətə münasibətdə tutduğu mövqe konstruktiv xarakter daşıyırdı.” (Proqramın 1-ci fəsli). “Ulu Öndər Heydər Əliyev irsinin təbliği və təşviqi”, “Güclü iqtisadiyyat və davamlı inkişaf”, “İnklüziv cəmiyyət, ədalətli sosial təminat və insan kapitalının inkişafı”, “Şəffaflığın artırılması”, “Vətəndaş cəmiyyətinin inkişafı”, “Azərbaycan dili və dünya azərbaycanlılarının həmrəyliyi”, “Mədəni irsin və milli-mənəvi dəyərlərin qorunması”, “Vətəndaş həmrəyliyinin təminatı”, “Milli maraqlar və xarici siyasət/

Prezident İlham Əliyev: “Ümummilli məsələlərdə heç bir fərqli fikir ola bilməz.” Yeni Azərbaycan Partiyası dövlət və cəmiyyətin inkişafı naminə sağlam əməkdaşlıq mühiti daim təşviq edir. Açıq və etibarlı münasibətlərin bərqərar olunmasına xidmət edən islahatlar formalaşan yeni siyasi konfiqurasiyanın tərkib hissəsidir. İqtidar-müxalifət münasibətlərinin sağlam təməllər üzərində inkişaf etdirilməsi Prezident İlham Əliyevin dövlət siyasətini xarakterizə edən əsas göstəricilərdən biridir. İqtidar partiyasının hakimiyyətdə olduğu son 20 ildə ölkənin sosial-iqtisadi sahəsində əldə edilən nailiyyətlər:

Yeni Azərbaycan Partiyanın 11 strateji hədəfi var: “Ulu Öndər Heydər Əliyev irsinin təbliği və təşviqi”, “Güclü iqtisadiyyat və davamlı inkişaf”, “İnklüziv cəmiyyət, ədalətli sosial təminat və insan kapitalının inkişafı”, “Şəffaflığın artırılması”, “Vətəndaş cəmiyyətinin inkişafı”, “Azərbaycan dili və dünya azərbaycanlılarının həmrəyliyi”, “Mədəni irsin və milli-mənəvi dəyərlərin qorunması”, “Vətəndaş həmrəyliyinin təminatı”, “Milli maraqlar və xarici siyasət”, “Ordu quruculuğu” və “İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış. Yeni Azərbaycan Partiyasının strateji hədəfləri milli maraqlarımıza xidmət edir. Partiya öz fəaliyyətini bu hədəflər üzərində qurub və məqsədə çatmaq üçün çox böyük layihələr icra edir. Ulu Öndərin qeyd etdiyi kimi, Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır

Partiyanın yeni Proqramı 5 fəsildən ibarətdir: “Partiyanın inkişafı və uğurları”, “Siyasi dəyərlər və prinsiplər”, “Partiyadaxili münasibətlərin və partiyanın fəaliyyətinin əsasları”, “Partiyanın əsas hədəfləri” və “Müzəffər liderlə Azərbaycanı yeni zirvələrə aparan güclü partiya”

Proqramda Yeni Azərbaycan Partiyasının siyasi dəyərlər və prinsiplər sistemində 10 strateji istiqamət müəyyən olunub:



• Heydər Əliyev yolu


• Müstəqillik


• Azərbaycançılıq


• Dövlətçilik


• Qanunun aliliyi


• Varislik və təkamül


• Konstruktiv əməkdaşlıq və dialoq


• Sosial ədalət və insan amili


• Multikultural cəmiyyət


• Demokratik ənənələrin inkişafı;




Partiyadaxili münasibətləri xarakterizə edən əsas meyarlar:

• Peşəkarlıq


• İşgüzar münasibətlər


• Şəxsi inkişaf


• Sağlam rəqabət


• Etik davranış və milli dəyərlər


• İnnovativ inkişaf və kreativlik


• Elmlilik


• Müasirlik;

21 noyabr 1992-ci ildə keçirilmiş YAP-ın təsis konfransı Azərbaycan tarixində dönüş nöqtəsi olmuş, dövlətçiliyin qorunmasında və ölkənin gələcək inkişafının təmin edilməsində mühüm rol oynamışdır.

Bu gün YAP ölkədə ən geniş təşkilati şəbəkəyə malik siyasi qüvvə kimi Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətçilik ənənələrinin davam etdirilməsi, modernləşmə siyasətinin aparılması və Azərbaycanı yeni inkişaf mərhələsinə çıxarmaq missiyasını davam etdirir.