Yeni Azərbaycan Partiyası - Vətəni sevən xalqına sadiq olan vətəndaşların partiyası

Yeni Azərbaycan Partiyası - Vətəni sevən xalqına sadiq olan vətəndaşların partiyası

Rəna Abutalıbova

YAP Suraxanı rayon təşkilatının fəal üzvü

Suraxanı Rayonu 23 saylı bağça körpələr evinin müdiri

Yeni Azərbaycan Partiyasının 5 mart 2021-ci ildə keçirilmiş VII qurultayında Azərbaycan Respublikasının Prezidenti, Partiyanın sədri İlham Əliyev demişdir: Yeni Azərbaycan Partiyasının adı Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Partiya Heydər Əliyevin ətradında yaradılmışdır. Onun siyası təcrübəsi, bilikləri, xalq qarşısında göstərdiyi xidmətlər, Naxçıvanda çalışdığı dövrdə göstərdiyi əsl vətənpərvərlik və öz xalqına sadiqlik Azərbaycanın mütərəqqi insanlarını onun ətrafında birləşdirdi”.

Bu fikirlər tarixi reallıqdır. Bəli, Yeni Azərbaycan Partiyası məhz Azərbaycanın mütərəqqi və vətənini sevən insanlarının öz taleyini xalqımıza bağlamış, varlığı ilə vətənini sevən Heydər Əliyevin ətrafında birləşməsi ilə yarandı .

Hər şeydən öncə ilk növbədə Yeni Azərbaycan Partiyasının yaranması gənc dövlətimiz üçün dönüş nöqtəsi olmuşdur. Çünki müstəqilliyimizin ilk illəri xalqımız üçün o qədər keçməkeşli, ağır və demək olar ki faciəli dönəmlər idi ki, əsl vətənpərvərlərin öz tarixi missiyasını yerinə yetirməsinə, dövlətimizi, xalqımızı xilas etməsinə tarixi zəruruət yaranmışdır. Müstəqilliyini yenicə elan etmiş Azərbaycan xalqına həm daxili, həm də xarici düşmənlər tərəfindən təzyiqlər səngimir, onu buxov altına almaq istəyənlər, dövlətimizi parçalamaq, xalqımızı yenidən əsarətə salmaq niyyətində olanlar tərəfindən açıq oyunlar, məkirli hərəkətlər tüğyan edirdi.

Məhz belə bir çətin şəraitdə xalqımızın ürəyindən keçənləri 1992-ci ildə bir qurup ziyalı məktubla Ümummili lider Heydər Əliyevə ünvanlayaraq Yeni Azərbaycan Partyasının yaradılmasını təklif etdilər. Bu cəsarətli müraciət vətənpərvərliyin, torpağı, xalqı sevməyin nümunəsi idi. Eyni zamanda Azərbaycan ziyalılarında Ulu öndərin öz millətini nə qədər sevməsinə olan əminliyin ifadəsi idi. Beləliklə, 21 noyabr təsis qurultayından sonra partiyanın fəaliyyətə başlaması vətənpərvər insanlarda gələcəyə ümidlə baxmağa əsas verdi, insanların gözünə işıq gətirdi. Yeni Azərbaycan Partiyasının yaradıcısı, xalqımızın böyük oğlu, Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə sözün əsl mənasında Azərbaycan xilas oldu. Dağılmaqdan, məhv olmaqdan, əsarət altına düşmək təhlükəsindən xilas oldu. Bununla da ölkəmizdə çox ciddi və təxirəsalınmaz islahatlar həyata keçirildi, sabitlik bərpa olundu, daxili və xarici siyasətdə əsaslı uğurlar qazanıldı.

Bütün bu tədbirlərdə partiya öz tərəfdaşlarına, vətənini sevən üzvlərinə güvəndi. Məhz onlar Ulu öndərin siyasi ideyalarını daşıyaraq, amallarına inanaraq dövlətimizin inkişafı, xalqımızın rifahı, vətənimizin çiçəklənməsi üçün birləşdilər, əzmlə fəaliyyət göstərdilər.  

Ümummilli lider daim öz çıxışlarında qeyd edirdi ki, ərazilərimizin işğaldan azad olunacağına inanır. Şuşada, Kəlbəcərdə, Laçın, Füzuli, Ağdam, Zəngilan, Qubadlı kimi Qarabağın bütün dilbər guşələrində Novruz tonqallarının qalanacağına, insanların öz dədə-baba yurdlarına dənəcəyinə inanır. Bu inam Partiyanın hazırki sədri tərəfindən də bir gün belə səngimədən davam etdirildi. 2003-cü il Prezident seçkilərindən sonrakı 17 il ərzində İlham Əliyev doğma torpaqlarımızın işğaldan azad edilməsi üçün yorulmadan, usanmadan çalışdı. Onun bu əzmi təkcə siyasi-diplomatik sahədə olmadı, cəmiyyətin bütün sferalarını əhatə etdi.

Bu gün partiyanın ideyaları və Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin ətrafında inamla, səmimiyyətlə birləşən 800 minə yaxın insan var. Məhz partiyanın Azərbaycanda hakimiyyətdə olduğu ötən dövr ərzində Vətənə sevgi, düşmənə nifrət ruhunda gənc nəsil yetişdi və həmin nəsil Ali Baş Komandanın ətrafında sıx birləşdi və torpaqlarımızı işğalçılardan azad etdilər. Bu nəsil İlham Əliyevin hakimiyyətə gəldiyi 2003-cü ildə öz uşaqlıq illərini yaşayırdı və bu dövrdə onlar yetişdi, fədakarlıq göstərərək canlarından keçdilər, şəhid oldular, qazi oldular, əsl qəhrəmanlıq dastanına döndülər. Ən əsası isə odur ki, tarixi ədalət bərpa olundu. Zəngilan rayonunun Ağalı kəndinə qayıdan vətəndaşlarımızla Böyük Qayıdışın əsası qoyuldu.

Partiyanın yaradılmasından ötən müddət ərzində ölkəmizin durmadan artan nüfuzu, gənclərimizin vətənpərvərlik ruhunda tərbiyəsi, təhsil, mədəniyyət, iqtisadiyyat, gənclər siyasətindəki uğurlar “Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır” fikrini bir daha isbatlamaqla, onun həm də vətənini sevən, xalqını sevən, əsl vətənpərvərlərin birləşdiyi siyasi həmfikirlərin partiyası qənaətini sübut edir.