Yaşasın güclü, müstəqil Azərbaycan!

Nuriyyə Dəmirova
YAP Suraxanı rayon təşkilatının üzvü
Ağciyər Xəstəlikləri Mərkəzi PHŞ Doğum evi Yenidoğulmuşların intensiv terapiya
1918-ci il may ayının 28-də Azərbaycan müstəqilliyini bəyan edən istiqlal bəyannaməsinin qəbul edilməsi ilə müsəlman dünyasında ilk parlament demokratiyası - Azərbaycan Xalq Cumhuriyyətinin əsası qoyuldu.
1920-ci ildə aprelin 28-də bolşevik işğalı nəticəsində devrildi.Cumhuriyyət adının özünə qaytarılması Ümummilli Liderimiz Heydər Əliyevin adı ilə bağlıdır.Ulu öndərimiz dəfələrlə bildirmişdir kı,biz bu gün Demokratik Azərbaycan Dövləti qururuqsa ,ayağa qaldırırıqsa ,xalq cumhuriyyətinə borcluyuq.
Ümummilli Lider Heydər Əliyev :Azərbaycan xalqı öz müstəqilliyinə nail ola bildi,xalq cumhuriyyəti yarandı. Azərbaycanda,şərq aləmində ilk dəfə demokratik ,hüquqi dövlət yarandı, xalq cumhuriyyəti qısa bir zamanda çox işlər gördü. Ən mühümü odur ki, Azərbaycanın müstəqilliyinin əsaslarını qurdu, Azərbaycan dövlətinin ,hökümətinin təsisatlarını yaratdı.
Bu siyasəti Prezident İlham Əliyev davam etdirir.Azərbaycan dövlət başçısının tarixi keçmişimizə varisi olduğumuz xalq cumhuriyyətinə bu qədər önəm verməsi xalqımız tərəfindən böyük rəğbətlə qarşılanır.Prezident İlham Əliyev: "İyirmi üç aydan sonra respublika süqut etdi və bu bir daha onu göstərir ki,müstəqilliyi saxlamaq onu əldə etməkdən daha çətin işdir.1918-ci ildəqaldırılmış bayraq 1920-ci ildə endirildi.
Bəli, indi Azərbaycan xalqı Prezident, Ali Baş Komandan İlham Əliyevin müdrik və uzaqgörən siyasətinin nəticəsi olaraq bu bayramı öz ərazi bütövlüyünü bərpa etmiş qalib xalq kimi qeyd edir.
Müstəqilliyimiz əbədidir, dönməzdir, sarsılmazdır.