YAP Suraxanı rayon təşkilatının ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları uğurla həyata keçirilir
Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının Qaraçuxur qəsəbəsi Əhməd Mehbalıyev küçəsi 10 ünvanında yerləşən ərazi partiya təşkilatında YAP Suraxanı rayon təşkilatının nümayəndəsinin iştirakı ilə hesabat-seçki yığıncağı keçirilmişdir. Ərazi partiya təşkilatının sədr əvəzi Nüsrətli Rəvan Mahir oğlu YAP-ın VI qurultayından bu günə qədər görülmüş işlər haqqında hesabat xarakterli məruzə ilə çıxış etmişdir. Daha sonra hesabat məruzəsi ətrafında müzakirələr aparılmış, çıxışlar edilmişdir. Qaraçuxur qəsəbəsi Əhməd Mehbalıyev küçəsi 10 ünvanında yerləşən ərazi partiya təşkilatının sədr və sədr müavininin seçilməsi məsələsi müzakirə edilərək qərar qəbul edilmişdir. ƏPT-nın üzvlərinin səs verməsi nəticəsində sədr Nüsrətli Rəvan Mahir oğlu, sədr müavini Quliyev Samir Soltan oğlu seçilmişlər. ƏPT-nın iclası ilə bağlı protokol tərtib edilmişdir.
Sonda Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının nümayəndəsi Salman Əbdülov çıxış edərək bildirmişdir ki, Qaraçuxur qəsəbəsi Əhməd Mehbalıyev küçəsi 10 ünvanında yerləşən ərazi partiya təşkilatının işini qənaətbəxş hesab etmək olar.
YAP Suraxanı rayon təşkilatının nümayəndəsi gələcəkdə həyata keçiriləcək partiya fəaliyyəti, yeni üzvlərin qəbulu, üzvlük haqlarının vaxtında ödənilməsinin təmin edilməsi, qeydiyyat və uçotun səmərəli aparılması və ideoloji işin məqsədyönlü qurulması ilə bağlı öz tövsiyyələrini vermiş, ƏPT-nın fəaliyyətinə uğurlar diləmişdir.