YAP Suraxanı rayon təşkilatının ərazi partiya təşkilatının hesabat iclası keçirilmişdir

YAP Suraxanı rayon təşkilatının ərazi partiya təşkilatının hesabat iclası keçirilmişdir
YAP Suraxanı rayon təşkilatının Bülbülə qəsəbəsi 3-cü Mədən küçəsi 105 ünvanında yerləşən ərazi partiya təşkilatında yerli təşkilatının sədr müavini Salman Əbdülovun və məsləhətçisi Fərəh Məcidzadənin iştirakı ilə ƏPT-nin hesabat iclası keçirilmişdir. ƏPT sədri Günel Fətəliyeva çıxış edərək yığıncaq iştirakçılarını salamlamış, ƏPT-nin tədbirlər və iş planlarının icrasından irəli gələrək ideoloji işin gücləndirilməsi və səmərəliliyin artırılması ilə əlaqədar olaraq görülmüş işlər haqqında, yerli təşkilatın təlimatlarının icrası, yeni üzvlərin qəbulu, üzvlük haqlarının vaxtında ödənilməsinin təmin edilməsi, qeydiyyat-uçot işlərinin operativ və səmərəli aparılması, ideoloji işin məqsədyönlü qurulması, sosial şəbəkələrdə və dövrü mətbuatda partiya üzvlərinin fəallıqlarının artırılması ilə bağlı geniş məlumat verdi.
ƏPT-nin sədr müavini Kəminə Zalova və YAP üzvü İsrafil Hüseynov təmsil olunduqları peşə sahələrində aparılan islahatlar, yeniliklər haqqında, o cümlədən gənclərin ictimai – siyasi həyatda rolu, onların fəallığı, ölkənin siyasi həyatında partiyaların rolu haqqında, partiya sıralarına qəbul olunmaq istəyənlərlə fərdi söhbətlərin aparılması, onların partiyanın nizamnaməsi və proqramı ilə tanış edilməsi, YAP-ın məqsəd və məramlarının onlara çatdırılması ilə əlaqədar görülən iş haqqında, Azərbaycan cəmiyyətində baş verən hadisələrə, ictimai-siyasi proseslərə öz münasibətlərini bildirərək müntəzəm olaraq ölkəmizin inkişafı və uğurları barədə KİV-lərdə və sosial şəbəkələrdə aktivliyin təmin olunması və çıxışların edilməsi, müxtəlif mövzularda fikir mübadiləsinin aparılması ilə bağlı görülən iş haqqında, ƏPT-nin tədbirlər planına müvafiq olaraq keçirilən tədbirlərdə, o cümlədən YAP Suraxanı rayon təşkilatı tərəfindən təşkil olunub keçirilən tədbirlərdə üzvlərin, xüsusilə gənclərin fəal iştiraklarının təmin edilməsi ilə bağlı görülən iş haqqında məlumat verdilər.
YAP Suraxanı rayon təşkilatının məsləhətçisi Fərəh Məcidzadə çıxış edərək bildirmişdir ki, ümumillikdə Bülbülə qəsəbəsi 3-cü Mədən küçəsi 105 ünvanında yerləşən ərazi partiya təşkilatında partiya işinin təşkili qənaətbəxşdir. Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov YAP üzvləri qarşısında ƏPT-lərdə ideoloji işin gücləndirilməsi, səmərəliliyinin artırılması, Ulu Öndər Heydər Əliyev siyasi irsinin öyrənilməsi, onun dövlətçilik ənənələrinin təbliği, Azərbaycan Respublikasının Prezidenti, YAP-ın sədri cənab İlham Əliyevin fəaliyyətinin əhaliyə operativ, düzgün və əhatəli formada çatdırılmasının təşkili, YAP Suraxanı rayon təşkilatının maliyyə - uçot işinin təkmilləşdirilməsi, YAP Suraxanı rayon təşkilatının fəallarının dövrü mətbuatda və sosial şəbəkələrdə aktivliklərinin artırılması, təbliğat işinin gücləndirilməsi, ƏPT-lərdə üzvlərin, xüsusilə gənclərin fəallıqlarının artırılması barədə ətraflı çıxış etmiş, qarşıda duran məsələlərin həlli ilə əlaqədar yerli təşkilat sədrinin tapşırıq və tövsiyyələrini görüş iştirakçılarının diqqətinə çatdırdı.
Sonda ƏPT-nin üzvlərini maraqlandıran suallar cavablandırılmışdır.