YAP Suraxanı rayon təşkilatının ərazi partiya təşkilatında seçki iclası keçirilmişdir
12 fevral 202-cı il tarixdə YAP Suraxanı rayon təşkilatının Əmircan qəsəbəsi Xəyyam Əliyev küçəsi 3 ünvanında yerləşən ərazi partiya təşkilatında yerli təşkilatın sədr müavini Salman Əbdülovun və məsləhətçisi Fərəh Məcidzadənin iştirakı ilə iclas keçirilmişdir. İclası ƏPT-nin sədri Mahru Rəcəbova açıq elan edərək ƏPT-də ideoloji işin gücləndirilməsi və səmərəliliyin artırılması ilə əlaqədar olaraq görülmüş işlər haqqında geniş məlumat vermişdir. O, yerli təşkilat tərəfindən verilən tapşırıqlara hər zaman operativ reaksiya verildiyini və bu işdə ƏPT-də təmsil olunan YAP üzvlərinin ona dəstəyini xüsusi vurğulamışdır. Daha sonra Mahru Rəcəbova bugünkü iclasın gündəliyində bir məsələ - ƏPT-nin sədr müavininin seçilməsinin nəzərdə tutulduğunu iclas iştirakçılarının diqqətinə çatdırdı. M.Rəcəbova onu da vurğulamışdır ki, təmsil olunduqları təşkilatda islahatlarla əlaqədar olaraq ƏPT-nin mövcud sədr müavini Arif Qulamov iş yükünün çox olduğunu əsas gətirərək öz xahişi ilə tutduğu vəzifəsindən istefa vermişdir.
Mahru Rəcəbova ƏPT-nin sədr müavini vəzifəsinə Seyidova Dilarə Kamal qızının namizədliyini irəli sürmüşdür. ƏPT-nin üzvləri arasında sədr müavini seçkisi keçirildi. Səsvermə yolu ilə Dilarə Seyidova yekdilliklə ərazi partiya təşkilatının sədr müavini seçilmişdir.
Yeni seçilmiş ƏPT-nin sədr müavini Dilarə Seyidova çıxış edərək ona etimad göstərib seçən bütün üzvlərə öz dərin minnətdarlığını ifadə etmişdir. D.Seyidova bildirmişdir ki, YAP dövlətimizin əldə etdiyi böyük uğurların ictimai əsasıdır.
YAP Suraxanı rayon təşkilatının məsləhətçisi Fərəh Məcidzadə çıxış edərək bildirmişdir ki, ümumillikdə Əmircan qəsəbəsi Xəyyam Əliyev küçəsi 3 ünvanında yerləşən ərazi partiya təşkilatında partiya işinin təşkili qənaətbəxşdir.
Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov çıxış edərək ƏPT-nin sədrinə və yeni seçilmiş sədr müavininə gələcək fəaliyyətlərində uğurlar diləmiş, Əmircan qəsəbəsi Xəyyam Əliyev küçəsi 3 ünvanında yerləşən ərazi partiya təşkilatında partiya işinin təşkilinin qənaətbəxş olduğunu, bundan sonra da ideoloji işin gücləndirilməsi, səmərəliliyinin artırılması, üzvlərin uçotunun operativliyi və dəqiqliyinin diqqət mərkəzində saxlanılmasını vurğulamışdır. YAP Suraxanı rayon təşkilatının fəallarının sosial şəbəkələrdə aktivliyinin artırılması, onların keçirilən tədbirlərdə iştiraklarının təmin olunmasının vacibliyi barədə çıxış edərək yerli təşkilatın tapşırıq və tövsiyyələrini görüş iştirakçılarının diqqətinə çatdırdı.
Sonda ƏPT-nin üzvlərini maraqlandıran suallar cavablandırılmışdır.