Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının Bülbülə qəsəbəsi Səttar Bəhlulzadə küçəsi 14 ünvanında yerləşən ərazi partiya təşkilatının üzvlərinin iştirakı ilə toplantı keçirilmişdir. YAP üzvləri ilə görüşdə YAP Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov iştirak etmişdir.
İclasa sədrlik edən YAP Suraxanı rayon təşkilatının sədr müavini YAP üzvlərini salamlayaraq iclası açıq elan etdikdən sonra ərazi partiya təşkilatının gündəliyində 1 məsələnin - ƏPT-nin sədr seçkisi haqqında məlumat verdi. ƏPT-nin sədr müavini Arzu Qədirova tərəfindən sədr vəzifəsinə Əliyeva Aynurə Zakir qızının namizədliyi irəli sürülmüş və səsvermə nəticəsində A.Əliyeva sədr seçilmişdir.
YAP Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov çıxış edərək ƏPT-nin yeni seçilmiş sədrinə və ƏPT üzvlərinə gələcək fəaliyyətlərində uğurlar arzulayaraq demişdir ki, Bülbülə qəsəbəsi Səttar Bəhlulzadə küçəsi 14 ünvanında yerləşən ərazi partiya təşkilatında partiya işinin təşkili qənaətbəxşdir. Bundan sonra da ideoloji işin gücləndirilməsi, səmərəliliyinin artırılması və üzvlərin uçotunun operativliyi, dəqiqliyi diqqət mərkəzində saxlanılmalıdır.
Yerli təşkilatın sədr müavini ölkədə baş verən ictimai-siyasi hadisələrə də münasibət bildirərək qeyd etmişdir ki, hər bir vətəndaş öz peşə fəaliyyəti ilə yanaşı ictimai fəaliyyətlə də yaxından məşğul olmalı, dövlətinə, xalqına töhfələr vermək üçün çalışmalıdır.
Daha sonra ƏPT üzvləri tərəfindən verilən suallar cavablandırılmışdır. Sonda bir qrup YAP üzvünə partiya vəsiqələri təqdim olunmuşdur.