YAP Suraxanı rayon təşkilatının ƏPT-lərində aparılan statistika, uçot və qeydiyyat işlərinin təkmilləşdirilməsi məqsədilə seminar təşkil edilmişdir

YAP Suraxanı rayon təşkilatının Qaraçuxur qəsəbəsi Yeni Günəşli “AB” yaşayış sahəsi ünvanında yerləşən ərazi partiya təşkilatında yerli təşkilat tərəfindən ƏPT-lərdə aparılan statistika, uçot və qeydiyyat işlərinin təkmilləşdirilməsi məqsədilə seminar təşkil edilmişdir. Seminarda Qaraçuxur qəsəbəsi ərazisində yerləşən ƏPT-lərin uçot qeydiyyatı işlərinə təhkim olunmuş üzvlər iştirak etmişlər. Seminarı giriş sözü ilə açan YAP Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov seminar iştirakçılarını salamlayaraq dedi ki, yerli təşkilatın çoxşaxəli fəaliyyətində üzvlərimizin uçot qeydiyyatı işi həm kütləviliyinə, həm dəqiqliyinə, həm də operativliyinə görə olduqca məsuliyyət tələb edən bir sahədir.
Nəzərə alsaq ki, təşkilatımız tərəfindən 2024-cü ildə çox ciddi həyata keçirilmiş araşdırmalar nəticəsində uçot qeydiyyatı sahəsində bəzi çatışmazlıqlar aradan qaldırılmış və YAP-ın digər yerli təşkilatları ilə uçot mübadiləmiz sürətlənmişdir. YAP Suraxanı rayon təşkilatının vəfat etmiş, iş və yaşayış yerlərini dəyişmiş, müəyyən səbəblərlə partiya sıralarından xaric olunmuş, öz ərizələri ilə YAP sıralarından çıxmış və fəaliyyəti dondurulmuş üzvləri müəyyən edilməklə baza məlumatları yenilənmişdir. Bütün bu aparılan işlər məhz yerli təşkilatın ƏPT-lərinin bilavasitə iştirakı və köməkliyi vasitəsilə həyata keçirilir. Salman Əbdülov üzvlərin uçot qeydiyyatı sahəsində yerli təşkilatın və ƏPT-lərin fəaliyyətini yüksək qiymətləndirərək dedi ki, bundan sonra da görüləcək işlər əzmlə davam etdirilməlidir.
Daha sonra Yeni Azərbaycan Partiyası (YAP) Suraxanı rayon təşkilatının uçot qeydiyyatı işinə məsul şəxs Dilarə Əzizova uçot işinin aparılması ilə əlaqədar YAP Mərkəzi Aparatının tapşırıq və tövsiyyələrini diqqətə çatdırmış, ƏPT-lər tərəfindən il ərzində 2 dəfə üzvlərin uçot qeydiyyatı haqqında ümumi hesabatın hazırlanıb yerli təşkilata təqdim edilməsini məqsədəuyğun hesab etdi.
Yerli təşkilatın məsləhətçiləri Kürsüm Həsənova və Nərgiz Çıraqova çıxış edərək kurasiya etdikləri sahələr üzrə ƏPT təmsilçiləri ilə operativ şəkildə məlumatların mübadiləsi vasitəsilə qarşıya çıxan problemlər və onların həlli yollarından bəhs etmişlər.
Sonda YAP Suraxanı rayon təşkilatının ƏPT (Ərazi partiya təşkilat) təmsilçiləri təşkil olunmuş seminarın onların iş sisteminə gözəl töhfə verdiklərini və üzərlərinə düşən məsuliyyəti dərk etdiklərini bildirmişlər.