YAP Suraxanı rayon təşkilatının Əmircan qəsəbəsi İlqar Məmmədov küçəsi 4 ünvanında yerləşən ƏPT-da görüş keçirilmişdir
YAP Suraxanı rayon təşkilatının Əmircan qəsəbəsi İlqar Məmmədov küçəsi 4 ünvanında yerləşən ərazi partiya təşkilatında (ƏPT) yerli təşkilatın sədr müavini Salman Əbdülovun iştirakı ilə görüş keçirilmişdir. İclasın sədri Kəmalə İbrahimova iclası açıq elan etdikdən sonra ƏPT-də ideoloji işin gücləndirilməsi və səmərəliliyin artırılması ilə əlaqədar olaraq görülmüş işlər haqqında məlumat vermişdir. O, yerli təşkilat tərəfindən verilən tapşırıqlara hər zaman operativ reaksiya verildiyini və bu işdə ƏPT-də təmsil olunan YAP üzvlərinin ona dəstəyini xüsusi vurğulamışdır. Daha sonra K.İbrahimova bugünkü iclasın gündəliyində iki məsələ - ƏPT-nin sədrinin və sədr müavininin seçilməsinin nəzərdə tutulduğunu iclas iştirakçılarının diqqətinə çatdırdı.
Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov iclas iştirakçılarını salamlayaraq onlara Ulu Öndər Heydər Əliyev siyasi irsinin öyrənilməsi, onun dövlətçilik ənənələrinin təbliği, Azərbaycan Respublikasının Prezidenti, YAP-ın sədri cənab İlham Əliyevin fəaliyyətinin əhaliyə operativ, düzgün və əhatəli formada çatdırılmasının vacibliyini qeyd etmişdir. O, çıxışında ölkəmizdə baş verən bütün əlamətdar hadisələrdə YAP üzvlərinin yaxından iştirakının və bu proseslərə onların töhvələr verməsinin əhəmiyyəti haqqında məlumat vermis, YAP üzvlərinin uçot işinin təkmilləşdirilməsində yerli təşkilata daim kömək göstərilməli olduğunu, YAP Suraxanı rayon təşkilatının fəallarının sosial şəbəkələrdə aktivliyinin artırılması, onların keçirilən tədbirlərdə iştiraklarının təmin olunmasının vacibliyi barədə çıxış edərək yerli təşkilatın tapşırıq və tövsiyyələrini görüş iştirakçılarının diqqətinə çatdırdı.
YAP Suraxanı rayon təşkilatının Əmircan qəsəbəsi İlqar Məmmədov küçəsi 4 ünvanında yerləşən ərazi partiya təşkilatının fəalı Arzu Əhmədova çıxış edərək ƏPT sədrliyinə Kəmalə Ayaz qızı İbrahimovanın namizədliyini irəli sürdü. Daha sonra ƏPT-nin üzvləri arasında sədr seçkisi keçirildi. Səsvermə yolu ilə Kəmalə İbrahimova yekdilliklə ərazi partiya təşkilatının sədri seçilmişdir. Yeni seçilmiş ƏPT-nin sədri K.İbrahimova çıxış edərək ona etimad göstərib, seçən bütün üzvlərə öz dərin minnətdarlığını ifadə etmişdir. Yeni seçilmiş sədr Kəmalə İbrahimova Kərimova Nailə Arif qızının uzun illər YAP-da təcrübəsini və ƏPT-də səmərəli fəaliyyətini nəzərə alaraq onun ƏPT-nin sədr müavini kimi namizədliyini irəli sürdü. ƏPT-də təmsil olunan üzvlərin səsverməsi nəticəsində Nailə Kərimova sədr müavini seçildi.
YAP Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov ƏPT-nin yeni seçilmiş sədr və sədr müavininə gələcək fəaliyyətində uğurlar arzulamış, bundan sonra da ideoloji işin gücləndirilməsi, səmərəliliyinin artırılması və üzvlərin uçot operativliyi, dəqiqliyi diqqət mərkəzində saxlanılmasını tövsiyyə etmişdir.
Sonda ƏPT-nin üzvlərini maraqlandıran suallar cavablandırılmışdır.