YAP Suraxanı rayon təşkilatının Yeni Suraxanı qəsəbəsi Samir Əliyev küçəsi ünvanında yerləşən ƏPT-da iştirak ilə görüş keçirilmişdir
YAP Suraxanı rayon təşkilatının Yeni Suraxanı qəsəbəsi Samir Əliyev küçəsi ünvanında yerləşən ərazi partiya təşkilatında (ƏPT) yerli təşkilatın əməkdaşları Kürsüm Həsənova və Dilarə Əzizovanın iştirak ilə görüş keçirilmişdir. İclasın sədri, ƏPT-nin sədr müavini Bahar Ağayeva iclası açıq elan etdikdən sonra ƏPT-də ideoloji işin gücləndirilməsi və səmərəliliyin artırılması ilə əlaqədar olaraq görülmüş işlər haqqında məlumat vermişdir. O, yerli təşkilat tərəfindən verilən tapşırıqlara hər zaman operativ reaksiya verildiyini və bu işdə həmin uşaq bağçasında işləyən YAP üzvlərinin ona dəstəyini xüsusi vurğulamışdır. Daha sonra Bahar Ağayeva bugünkü iclasın gündəliyində bir məsələ - ƏPT-nin sədrinin seçilməsinin nəzərdə tutulduğunu iclas iştirakçılarının diqqətinə çatdırdı.
Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının məsləhətçisi Kürsüm Həsənova iclas iştirakçılarını salamlayaraq onlara Ulu Öndər Heydər Əliyev siyasi irsinin öyrənilməsi, onun dövlətçilik ənənələrinin təbliği, Azərbaycan Respublikasının Prezidenti, YAP-ın sədri cənab İlham Əliyevin fəaliyyətinin əhaliyə operativ, düzgün və əhatəli formada çatdırılmasının vacibliyini qeyd etmişdir. O, çıxışında ölkəmizdə baş verən bütün əlamətdar hadisələrdə YAP üzvlərinin yaxından iştirakının və bu proseslərə onların töhvələr verməsinin əhəmiyyəti haqqında məlumat vermişdir.
Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının məsul əməkdaşı Dilarə Əzizova öz çıxışında YAP üzvlərinin uçot işinin təkmilləşdirilməsində yerli təşkilata daim kömək göstərilməli olduğunu iclas iştirakçılarının nəzərinə çatdırdı. YAP Suraxanı rayon təşkilatının fəallarının sosial şəbəkələrdə aktivliyinin artırılması, onların keçirilən tədbirlərdə iştiraklarının təmin olunmasının vacibliyi barədə çıxış edərək yerli təşkilatın tapşırıq və tövsiyyələrini görüş iştirakçılarının diqqətinə çatdırdı.
YAP Suraxanı rayon təşkilatının Yeni Suraxanı qəsəbəsi Samir Əliyev küçəsi ünvanında yerləşən ərazi partiya təşkilatının üzvü, Yerli təşkilatın sosial medya qrupunun fəalı Rəqsanə Səmədova çıxış edərək ƏPT sədrliyinə Quliyev Yasin Yaqub oğlunun namizədliyini irəli sürmüşdür. Daha sonra ƏPT-nin üzvləri arasında sədr seçkisi keçirildi. Səsvermə yolu ilə Quliyev Yasin Yaqub oğlu yekdilliklə ərazi partiya təşkilatının sədri seçilmişdir.
Yeni seçilmiş ƏPT-nin sədri Yasin Quliyev çıxış edərək ona etimad göstərib, seçən bütün üzvlərə öz dərin minnətdarlığını ifadə etmişdir. Yasin Quliyev uzun illər YAP sıralarında könüllü fəaliyyət göstərdiyini vurğulayaraq demişdir ki, Yeni Azərbaycan Partiyası bu xalqın nicatı, pənahıdır. Ən çətin anlarda YAP-ın yaradıcısı, Ulu Öndər Heydər Əliyev məsuliyyəti öz çiyinlərinə alanda Azərbaycan xalqına və onun ən elit siyasi təbəqəsi olan doğma partiyamıza güvənmişdir. ƏPT-nin sədri bildirmişdir ki, bu gün də bu tendensiya uğurlar davam edir. YAP-ın sədri, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə iqtidar partiyası olan YAP böyük uğurlara imza atır və atacaqdır.
Sonda ƏPT-nin üzvlərini maraqlandıran suallar cavablandırılmış və bir qrup YAP üzvünə partiya vəsiqələri təqdim olunmuşdur.