YAP Suraxanı rayon təşkilatının ərazi partiya təşkilatlarında seşki iclasları keçirilir

YAP Suraxanı rayon təşkilatının ərazi partiya təşkilatlarında seşki iclasları keçirilir

Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının Qaraçuxur qəsəbəsi Nizami İsmayılov küçəsi 4 ünvanında yerləşən ərazi partiya təşkilatında yerli təşkilatın sədr müavini Salman Əbdülovun iştirakı ilə iclas keçirilmişdir.
İclasın sədri Tacəddin Allahyarlı YAP üzvlərini salamlayaraq iclası açıq elan etdikdən sonra bildirmişdir ki, bugünkü iclasın gündəliyində bir məsələ - ƏPT-nin sədrinin və sədr müavininin seçilməsi məsələsi nəzərdə tutulmuşdur. ƏPT-də təmsil olunan üzvlər tərəfindən sədr vəzifəsinə Tacəddin Allahyarlının namizədliyi irəli sürülmüş və səsvermə nəticəsində T.Allahyarlı sədr seçilmişdir. Yeni seçilmiş sədr Tacəddin Allahyarlı Sevinc Əmirovanın uzun illər YAP-da təcrübəsini və ƏPT-də səmərəli fəaliyyətini nəzərə alaraq onun ƏPT-nin sədr müavini kimi namizədliyini irəli sürdü. ƏPT-də təmsil olunan üzvlərin səsverməsi nəticəsində Sevinc Əmirova sədr müavini seçilmişdir.


Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov çıxış edərək bildirmişdir ki, Qaraçuxur qəsəbəsi Nizami İsmayılov küçəsi 4 ünvanında yerləşən ərazi partiya təşkilatında partiya işinin təşkili qənaətbəxşdir. Bundan sonra da ideoloji işin gücləndirilməsi, səmərəliliyinin artırılması və üzvlərin uçot qeydiyyatlarının operativliyi, dəqiqliyi diqqət mərkəzində saxlanılmalıdır.


Daha sonra ƏPT üzvləri tərəfindən verilən suallar cavablandırılmışdır. Sonda YAP-a daxil olan bir qrup partiya üzvünə vəsiqələr təqdim olunmuşdur.