YAP Suraxanı rayon təşkilatının və Suraxanı rayonu 87 nömrəli tam orta məktəbin birgə təqdimatında  "Dəmir yumruğun zəfəri" adlı tədbir keçirilmişdir.

YAP Suraxanı rayon təşkilatının və Suraxanı rayonu 87 nömrəli tam orta məktəbin birgə təqdimatında  "Dəmir yumruğun zəfəri" adlı tədbir keçirilmişdir.

8 noyabr - Zəfər günü münasibəti ilə keçirilən silsilə tədbirlər çərçivəsində YAP Suraxanı rayon təşkilatının və Suraxanı rayonu 87 nömrəli tam orta məktəbin birgə təqdimatında  "Dəmir yumruğun zəfəri" adlı tədbir keçirilmişdir.

Tədbirdə YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Suraxanı Rayon İcra Hakimiyyətinin əməkdaşı Anar Qüdrətov, Şəhid ailələri və qazilər, ictimaiyyət nümayəndələri iştirak etmişdir. Tədbir Ulu Öndər Heydər Əliyevin və vətənin bütövlüyü uğrunda canlarını fəda etmiş Şəhidlərimizin əziz xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Dövlət himni səsləndi.

Tədbirdə məktəbin şagirdləri Zəfər gününə həsr etdikləri kompazisiyaları nümayiş etdirdilər.

Tədbiri giriş sözü ilə açan məktəbin direktor vəzifəsini icra edən Kəmalə İbrahimova bildirdi ki, elə bir gənc nəsil yetişdirdik ki, Vətən, torpaq uğrunda ölümə getməyə hazır idi və ölümə də gedirdi. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Biz onların ruhu qarşısında baş əyirik. Biz Azərbaycan xalqı olaraq onlara əbədi borcluyuq. Biz Ordumuzla, Silahlı Qüvvələrimizlə fəxr edirik, onlar bizim qürur mənbəyimizdir.

YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov öz çıxışında bildirdi ki, ilk növbədə, xalqımızı təbrik edir, bu qələbədə böyük rolu olan əsgərlərimizə, ordumuza öz təşəkkürünü bildirir. Bu qələbənin memarı möhtərəm cənab Prezident İlham Əliyevdir. Təbii ki, bu Qələbə bizim tariximizdə yeni bir dövr açır. Bu qələbənin qazanılmasında bizim şəhid olan vətəndaşlarımıza Allahdan rəhmət diləyirəm. Vüqar Seyidov dedi ki, bilirsiniz ki, müəllimlərimiz, şagirdlər, valideynlər arasında da kifayət qədər itkilərimiz olub, qazilərimiz var. Təbii ki, biz təhsilimizin, xalqımızın, ümumiyyətlə, millətimizin tarixində yeni bir səhifəyə qədəm qoyuruq. Hər bir sahədə olduğu kimi, təhsil sahəsinin qarşısında yeni çağırışlar, imkanlar, yeni mərhələ açılır. 

Suraxanı Rayon İcra Hakimiyyətinin əməkdaşı Anar Qüdrətov çıxış edərək dedi ki,təhsildə milli ruhda tərbiyə və vətənpərliyin əhəmiyyəti böyükdür.