YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidovun iştirakı ilə ərazi partiya təşkilatında hesabat-seçki yığıncağı keçirilib
Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının Zığ qəsəbəsi Hövsan-Zığ yolu 1-ci km ünvanında yerləşən ərazi partiya təşkilatında YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidovun iştirakı ilə hesabat-seçki yığıncağı keçirilmişdir. Vətən Müharibəsi şəhidlərinin və Ulu Öndər Heydər Əliyevin əziz xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra, yığıncağı giriş sözü ilə açan ƏPT-nın sədri Kələntərov Samid Nadir oğlu qonaqları salamlayaraq YAP-ın ölkə miqyasında həyata keçirdiyi fəaliyyətin dövlətçiliyimizin inkişafına verdiyi töhfələrdən geniş söz açmışdır. Samid Kələntərov YAP-ın VI qurultayından bu günə qədər görülmüş işlər haqqında hesabat xarakterli məruzə ilə çıxış etmişdir. Daha sonra hesabat məruzəsi ətrafında müzakirələr aparılmış, çıxışlar edilmişdir.
Zığ qəsəbəsi Hövsan-Zığ yolu 1-ci km ünvanında yerləşən ərazi partiya təşkilatının sədr və sədr müavininin seçilməsi məsələsi müzakirə edilərək qərar qəbul edilmişdir. ƏPT-nın üzvlərinin səs verməsi nəticəsində sədr Kələntərov Samid Nadir oğlu, sədr müavini Məmmədova Əfsanə Taftıq qızı seçilmişlər. ƏPT-nın iclası ilə bağlı protokol tərtib edilmişdir.
Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov çıxış edərək ərazi partiya təşkilatının üzvlərini salamlayaraq işlərində uğurlar arzuladı. Yerli təşkilatın sədri paytaxtda nəqliyyatın tənzimlənməsində “Baku-Bus” MMC-nin oynadığı müstəsna rolundan bəhs edərək çətin və məsuliyyətli işlərində nəqliyyatçı partiya üzvlərinə uğurlar arzuladı. Vüqar Seyidov onu da vurğuladı ki, hər bir vətəndaş öz peşəsi ilə yanaşı, eyni zamanda da ictimai fəaliyyətlə öz vətəninə xidmət göstərə bilər.
Yerli təşkilatın sədri İƏT-nın son görüşünə münasibət bildirərək demişdir ki, İƏT-də təmsil olunan dövlətlərin bir hissəsi həm Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının, həm də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvləridir. Aşqabad görüşü zamanı KTMT-ya daxil olan bir qrup dövlət və hökümət başçılarının Azərbaycan Respublikası Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevi şanlı Zəfər münasibəti ilə təbrik etməsi Ermənistanın silsilə məğlubiyyətlər seriyasına növbəti halqanı da əlavə etdi.
Sonda YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov gələcəkdə həyata keçiriləcək partiya fəaliyyəti, yeni üzvlərin qəbulu, üzvlük haqlarının vaxtında ödənilməsinin təmin edilməsi, qeydiyyat-uçotun səmərəli aparılması, ideoloji işin məqsədyönlü qurulması ilə bağlı öz tövsiyyə və tapşırıqlarını vermiş, ƏPT-nın fəaliyyətində uğurlar diləmişdir.