YAP Suraxanı rayon təşkilatının sosial şəbəkələrdə fəal olan üzvləri görüş keçirilib
Yeni Azərbaycan Partiyası (YAP) Suraxanı rayon təşkilatının inzibati binasında yerli təşkilatın sədri Vüqar Seyidovun rəhbərliyi ilə sosial şəbəkələrdə fəal olan partiya üzvləri ilə görüş keçirilib.
Görüşdə YAP Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov, YAP Suraxanı rayon təşkilatının məsləhətçisi Ənvər Haqverdiyev, YAP Suraxanı rayon təşkilatının məsləhətçisi Fərəh Məcidzadə və sosial şəbəkələrdə fəal olan partiya üzvləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov könüllü fəallara fədakar fəaliyyətlərinə görə təşəkkür edərək bildirdi ki, bizi qarşıda daha aktiv mərhələ gözləyir. Yerli təşkilatın sədri parlament seçkilərində Yeni Azərbaycan Partiyasının namizədlərinin hüquqlarının müdafiəsi istiqamətində və təbliğində sosial şəbəkə fəallarının iştirakının vacib olduğunu vurğulamışdır.
Sonra YAP Suraxanı rayon təşkilatının məsləhətçisi Ənvər Haqverdiyev çıxış edərək yerli təşkilatın sosial şəbəkələrdə fəaliyyəti ilə bağlı görüş iştirakçılarına ətraflı məlumat verib. Ənvər Haqverdiyev bildirib ki, YAP Suraxanı rayon təşkilatında sosial şəbəkələrdə siyasi işin təşkili hər zaman yüksək səviyyədə təşkil olunub. Yerli təşkilatın nümayəndəsi parlament seçkiləri ilə bağlı qarşıda duran vəzifələrdən söz açmışdır.
Sonda YAP Suraxanı rayon təşkilatının fəal sosial şəbəkə istifadəçiləri ilə qarşılıqlı fikir mübadiləsi aparılıb və onları maraqlandıran suallara cavab verilib. YAP Suraxanı rayon təşkilatının fəalları çıxış edərək, onlara göstərilən etimada görə Yeni Azərbaycan Partiyasına öz təşəkkürlərini bildiriblər.