YAP Suraxanı rayon təşkilatının rəhbərliyi bələdiyyə sədri Cəmilə Ağayevanı təbrik edib
17.01.2024-cü il tarixdə Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov və təşkilatın nümayəndələri YAP Suraxanı rayon təşkilatının inzibati binasında uzun illər partiyaya ləyaqətlə xidmət etmiş, Əmircan Bələdiyyəsinin və Ərazi partiya təşkilatının sədri Cəmilə Ağayevanı 50 illik yubileyi münasibəti ilə təbrik etmişlər.
Görüşü giriş sözü ilə açan YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov bildirdi ki, Cəmilə xanımın çox gənc yaşda üzv olduğu və siyasi xəttinə hər zaman sadiq qaldığı Yeni Azərbaycan Partiyasında fəaliyyəti özündən sonra gələn nəsillər üçün əsil vətəndaşlıq nümunəsidir. O, nümunəvi bələdiyyə sədri, ictimai-siyasi fəal olmaqla yanaşı, eyni zamanda müəllim kimi çalışdığı musiqi məktəbində Ərazi Partiya Təşkilatına uzun illər rəhbərlik etməklə doğma partiyamıza sədaqətlə xidmət etmiş və bu dövr ərzində ölkədə keçirilən bütün seçkilərdə fəallığı ilə seçilmişdir. Dövlətin, Ulu Öndər Heydər Əliyevin siyasi irsinin və Prezident, YAP-ın sədri cənab İlham Əliyevin haqlı siyasətinin geniş kütlələr arasında təbliğində aktiv iştirak etmişdir.
Yerli təşkilatın sədri onu da qeyd etmişdir ki, Cəmilə Ağayevanın gənc ictimai fəalların ictimai-siyasi tərbiyəsində, yetişməsində, partiya sıralarına cəlb olunmasında və keçirilən tədbirlərin yüksək səviyyədə təşkilində əməyi danılmazdır. Onun partiya işlərində fəallığı YAP Suraxanı rayon təşkilatı tərəfindən dəfələrlə rəğbətləndirilmiş, o, Fəxri Fərmanlar və Təşəkkürnamələrlə təltif olunmuşdur.
Göstərilən diqqətə və qayğıya görə Cəmilə Ağayeva YAP Suraxanı rayon təşkilatına və onun sədri Vüqar Seyidova öz dərin minnətdarlığını bildirmişdir. Yubliyar bildirmişdir ki, bundan sonra da doğma partiyaya ləyaqətlə xidmət etməyə davam edəcəkdir.