YAP Suraxanı rayon təşkilatının nümayəndələri şəhid Elçin İsmayılovun oğlu Ömərin doğum günündə iştirak ediblər
8 yanvar Vətən Müharibəsi şəhidi Elçin İsmayılovun övladının doğum günüdür. Doğum günü ilə əlaqədar Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov və təşkilatın nümayəndələri ailəni ziyarət etmiş, ailənin qayğıları ilə maraqlanmışlar.
Şəhidin oğlu Ömərin ad günündə qəhrəman vətən övladlarına və onların ailələrinə qayğı göstərməyə cəmiyyətimizin daima borclu olduğunu ifadə edən YAP Suraxanı rayon təşkilatının sədr müavini salman Əbdülov cənab Ali Baş Komandan İlham Əliyev tərəfindən bütün şəhidlərimiz kimi İsmayılov Elçinin də xatirəsinin əziz tutulduğunu vurğulamışdır. Yerli təşkilatın sədr müavini Ali rəhbərin Vətən Müharibəsi şəhidlərinə olan diqqətinin hər kəsə nümunə olduğunu bildirmişdir.
Göstərilən diqqət və qayğıya görə şəhidin ailə üzvləri cənab Prezident İlham Əliyevə, Birinci vitse-prezident çox hörmətli Mehriban xanım Əliyevaya və Yeni Azərbaycan Partiyasına öz dərin minnətdarlıqlarını bildirmişlər.