YAP Suraxanı rayon təşkilatının nümayəndələri şəhid əsgər Şəhid Röyal Balaşzadənin üç mərasimində iştirak etmişlər

YAP Suraxanı rayon təşkilatının nümayəndələri şəhid əsgər Şəhid Röyal Balaşzadənin üç mərasimində iştirak etmişlər

19 sentyabr 2022-ci il tarixdə Ermənistan silahlı qüvvələri tərəfindən Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində törədilən genişmiqyaslı təxribatın qarşısı alınarkən Şəhid olmuş Suraxanı rayon sakini əsgər Balaşzadə Röyal Atduxan oğlunun  üç mərasimi keçirilmişdir. Mərasimdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Milli Məclisin deputatları Sevinc Fətəliyeva, Etibar Əliyev, Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, digər rəsmi şəxslər, şəhid ailələri, qazilər və şəhidin doğmaları iştirak etmişlər.

Suraxanı RİH-nin başçısı Əziz Əzizov, Milli Məclisin deputatları Sevinc Fətəliyeva, Etibar Əliyev, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov və digər rəsmi şəxslər ailənin qayğıları ilə maraqlanmışlar. YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov şəhid əsgər Balaşzadə Röyal Atduxan oğlunun əziz xatirəsini bir daha yad edərək Allahdan rəhmət diləmişdir. Yerli təşkilatın sədri bir daha vurğulamışdır ki, digər şəhid ailələrində olduğu kimi Röyal Balaşzadənin ailəsi də YAP Suraxanı rayon təşkilatı tərəfindən daim diqqət mərkəzində saxlanılacaqdır.

Göstərilən diqqət və qayğıya görə şəhidin ailə üzvləri cənab Prezident İlham Əliyevə, Birinci vitse-prezident çox hörmətli Mehriban xanım Əliyevaya və Yeni Azərbaycan Partiyasına öz dərin minnətdarlıqlarını bildirmişlər.