YAP Suraxanı rayon təşkilatının nümayəndələri şəhid Həmidov Mixailin doğum günündə ailəsi ilə birgə məzarını ziyarət etmişlər

YAP Suraxanı rayon təşkilatının nümayəndələri  şəhid Həmidov Mixailin doğum günündə ailəsi ilə birgə məzarını ziyarət etmişlər

18 dekabr Vətən Müharibəsi şəhidi baş leytenant Həmidov Mixail Hamlet oğlunun doğum günüdür. Şəhidimizin doğum günü ilə əlaqədar Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov ailəsini ziyarət etmiş, ailənin qayğıları ilə maraqlanmışdır. Həmidov Mixailin II Fəxri Xiyabanındakı əbədi istirahətgahı ziyarət edilmiş, məzarı üzərinə güllər düzülmüş və dualar oxunmuşdur.

Şəhidin ad günündə qəhrəman vətən övladlarına və onların ailələrinə qayğı göstərməyə cəmiyyətimizin daima borclu  olduğunu ifadə edən YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov cənab Ali Baş Komandan İlham Əliyev tərəfindən bütün şəhidlərimiz kimi Həmidov Mixailin də xatirəsinin əziz tutulduğunu vurğulamışdır. Yerli təşkilatın sədri Ali rəhbərin Vətən Müharibəsi şəhidlərinə olan diqqətinin hər kəsə nümunə olduğunu bildirmişdir. 

Göstərilən diqqət və qayğıya görə şəhidin ailə üzvləri cənab Prezident İlham Əliyevə,  Birinci vitse-prezident çox hörmətli Mehriban xanım Əliyevaya və Yeni Azərbaycan Partiyasına öz dərin minnətdarlıqlarını bildirmişlər.