YAP Suraxanı rayon təşkilatının nümayəndələri şəhid Elçin İsmayılovun oğlu Mübarizin doğum günündə iştirak ediblər

YAP Suraxanı rayon təşkilatının nümayəndələri şəhid Elçin İsmayılovun oğlu Mübarizin doğum günündə iştirak ediblər

 Azərbaycanın rəşadətli ordusunun Xüsusi Təyinatlı zabiti, cənab Ali Baş Komandan İlham Əliyev tərəfindən 3-cü dərəcəli “Rəşadət” ordeni“,  “Vətən uğrunda”, "Cəbrayılın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə” və "Füzulinin azad olunmasına görə” medalları  ilə təltif olunmuş şəhid İsmayılov Elçin Mübariz oğlunun övladı Mübarizin 6 yaşı tamam olur.

Doğum günü münasibəti ilə Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov və rayon təşkilatının nümayəndələri ailəni ziyarət edərək şəhidin övladını təbrik etmiş, doğum gününü qeyd edən balamıza hədiyyələr təqdim olunmuş, şəhid ailəsinin qayğıları ilə maraqlanmışlar. Vüqar Seyidov xüsusi vurğulamışdır ki, şəhidlərimiz vətən torpağına, övladları isə bizlərə əmanətdir.

Sonda şəhidin ailəsi dövlət başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə, Birinci vitse-prezident çox hörmətli Mehriban xanım Əliyevaya və Yeni Azərbaycan Partiyasına şəhid ailələrinə göstərdikləri diqqət, sevgi və qayğıya görə öz dərin minnətdarlıqlarını bildirmişlər.