YAP Suraxanı rayon təşkilatının nümayəndələri şəhid Azər Qasımovun övladının doğum gününü təbrik ediblər
YAP Suraxanı rayon təşkilatının nümayəndələri Yeni Suraxanı qəsəbəsinin sakini olmuş şəhid Azər Qasımovun ailəsini ziyarət ediblər. Yerli təşkilatın sədr müavini Salman Əbdülov təşkilatın çoxminli üzvləri adından şəhidin 11 yaşı tamam olan qızı Ayanı doğum günü münasibətilə təbrik edərək, ona hədiyyələr təqdim etmişdir.
Ailənin qayğıları ilə maraqlanan təşkilat nümayəndələri söhbət zamanı şəhidlərimizin Vətən qarşısında böyük və misilsiz xidmətlərinin olduğunu, torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş hər bir övladımızın xatirəsinin dövlətimiz və xalqımız tərəfindən hər zaman uca tutulduğunu vurğulamış, şəhid olan qəhrəmanlarımıza Allahdan rəhmət diləmişlər.
Şəhid Azər Qasımovun ailə üzvləri göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.