YAP Suraxanı rayon təşkilatının nümayəndələri şəhid Aydın Abdullayevin anım günündə iştirak etmişlər

YAP Suraxanı rayon təşkilatının nümayəndələri şəhid Aydın Abdullayevin anım günündə iştirak etmişlər

26 oktyabr 2021-ci il tarixdə YAP Suraxanı rayon təşkilatının nümayəndələri şəhid gizir Abdullayev Aydın Əmirsoltan oğlunun şəhadətinin səkkinci ildönümü münasibəti ilə ailəsini ziyarət etmişlər. YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov və təşkilatın nümayəndələri Suraxanı rayonu Qaraçuxur qəsəbəsi, Yeni Günəşli yaşayış sahəsinin sakini olmuş şəhid  gizir Abdullayev Aydın Əmirsoltan oğlunun anım günündə iştirak edərək  ailənin qayğıları ilə maraqlanmışlar. Görüş zamanı şəhidlərimizə olan hörmət və ehtiramını bildirən Vüqar Seyidov demişdir ki, bütün şəhidlərimizin əziz xatirəsi hər zaman Azərbaycan xalqının qəlbində yaşayacaqdır. Dövlət başçımızın  və çox hörmətli Mehriban xanım Əliyevanın şəhid ailələrinin sosial qayğılarına göstərdiyi böyük diqqətin bizlər üçün də nümunə təşkil edir. Tək təsəllimiz şəhidlərin qanlarının yerdə qalmaması və torpaqlarımızın işğaldan azad olunmasıdır.

YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov şəhidimizin əziz xatirəsini bir daha yad edərək bildirmişdir ki, 26 oktyabr 2013-cü il tarixdə cəbhənin Tərtər rayonu istiqamətində erməni silahlı bölmələrinin atəşkəs rejimini pozması nəticəsində şəhid olan Aydın Abdullayev öz cəsarəti, qorxmazlığı ilə sözün həqiqi mənasında, tarix yazıb. Onun cəsurluğu bu gün də döyüş yoldaşları tərəfindən xatırlanır. Şəhidimizə Allahdan rəhmət diləyən təşkilat sədri hər zaman şəhid ailələri ilə birgə olduqlarını vurğulamışdır.

Göstərilən diqqət və qayğıya görə şəhidin ailə üzvləri cənab Prezident İlham Əliyevə,  Birinci vitse-prezident çox hörmətli Mehriban xanım Əliyevaya və Yeni Azərbaycan Partiyasına öz dərin minnətdarlıqlarını bildirmişlər.