Yap Suraxanı rayon təşkilatının nümayəndələri 279 №-li tam orta məktəbdə 8 noyabr-Zəfər Günü ilə əlaqədar keçirilən tədbirdə iştirak etmişlər
02 noyabr 2021-ci il tarixdə Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov və nümayəndələri Yeni Günəşli yaşayış sahəsinin AB massivi ünvanında yerləşən ərazi partiya təşkilatında 8 noyabr-Zəfər Gününə həsr olunmuş tədbirdə iştirak etmişlər. Öncə girişdə şagirdlərin hazırladıqları 44 günlük Vətən Müharibəsinə həsr olunmuş əl işlərindən ibarət sərgiyə baxış keçirilmişdir.
Tədbir Vətən Müharibəsi şəhidlərinin və Ulu Öndər Heydər Əliyevin əziz xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səslənməsi ilə başlamışdır. Daha sonra məktəbin şagird-müəllim heyətinin 8 noyabr-Zəfər Günü ilə əlaqədar hazırladığı bədii hissə qonaqlara təqdim olunmuşdur.
Yeni Günəşli yaşayış sahəsinin AB massivi ünvanında yerləşən ərazi partiya təşkilatın sədri, 279 №-li tam orta məktəbin direktoru Südabə Abdullayeva qonaqları salamlayaraq 44 günlük şanlı zəfərimizin əldə olunmasında yetişən gəncliyin rolundan bəhs edərək demişdir ki, ortməktəblərdə vətənpərvərlik ruhunda keçirilən bədii-kütləvi tədbirlər böyük əhəmiyyətə malikdir.
YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov çıxış edərək müasir Azərbaycan Respublikasının tarixində Vətən Müharibəsində qazanılmış Zəfər qədər, ona bərabər başqa bir qələbənin mövcud olmadığını vurğulamışdır. Vüqar Seyidov məktəb kollektivinə həm nümunəvi çıxışları, həm də məktəblilərin, gənclərin vətənpərvər ruhda tərbiyəsi istiqamətində yorulmaz fəaliyyətlərinə görə öz dərin minnətdarlığını bildirdi.
Çıxış edən digər natiqlər də Vətən Müharibəsində əldə olunan qələbənin əhəmiyyətindən bəhs edərək canlarını düşmən gülləsinə sipər edən gənclərlə yanaşı, onları yetişdirən müəllimlərin də əməyini yüksək qiymətləndirmişlər. Sonda məktəb kollektivi, şagirdlər və qonaqlar xatirə şəkili çəkdirmişdir.