YAP Suraxanı rayon təşkilatının Bülbülə qəsəbəsi 32-ci Bülbülə küçəsi 297 ünvanında yerləşən ƏPT-da sədr seçkisi keçirilmişdir
YAP Suraxanı rayon təşkilatının Bülbülə qəsəbəsi 32-ci Bülbülə küçəsi 297 ünvanında yerləşən ərazi partiya təşkilatında (327 nömrəli tam orta məktəb) yerli təşkilatın sədr müavini Salman Əbdülovun və məsləhətçisi Fərəh Məcidzadənin iştirakı ilə iclas keçirilmişdir. ƏPT-nin sədr müavini Yeganə Maqsudova iclası açıq elan etdikdən sonra bugünkü iclasın gündəliyində bir məsələ - ƏPT-nin sədrinin seçilməsinin nəzərdə tutulduğunu iclas iştirakçılarının diqqətinə çatdırdı. Y.Maqsudova ƏPT-də ideoloji işin gücləndirilməsi və səmərəliliyin artırılması ilə əlaqədar olaraq görülmüş işlər haqqında məlumat verdi. O, yerli təşkilat tərəfindən verilən tapşırıqlara hər zaman operativ reaksiya verildiyini və bu işdə ƏPT-də təmsil olunan YAP üzvlərinin ona dəstəyini xüsusi vurğulamışdır. Y.Maqsudova ƏPT sədrliyinə Kəmalə İbrahimovanın namizədliyini irəli sürmüşdür. Daha sonra ƏPT-nin üzvləri arasında sədr seçkisi keçirildi. Səsvermə yolu ilə Kəmalə İbrahimova yekdilliklə ərazi partiya təşkilatının sədri seçilmişdir.
Yeni seçilmiş ƏPT-nin sədri Kəmalə İbrahimova çıxış edərək ona etimad göstərib, seçən bütün üzvlərə öz dərin minnətdarlığını ifadə etmişdir. K. İbrahimova bildirdi ki, Yeni Azərbaycan Partiyası (YAP) ötən illərdə böyük inkişaf yolu keçib. Partiyanın yaranma tarixinə nəzər salsaq görərik ki, Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə təsis edilib. Azərbaycanın taleyini düşünən insanlar zamanında düzgün qərar qəbul edərək ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə xalqın sınanmış lideri və müdrik oğlu Heydər Əliyev şəxsiyyəti ətrafında birləşdilər.
YAP Suraxanı rayon təşkilatının məsləhətçisi Fərəh Məcidzadə çıxış edərək bildirmişdir ki, ümumillikdə Bülbülə qəsəbəsi 32-ci Bülbülə küçəsi 297 ünvanında yerləşən ərazi partiya təşkilatında partiya işinin təşkili qənaətbəxşdir.
Daha sonra Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov iclas iştirakçılarını salamlayaraq onlara Ulu Öndər Heydər Əliyev siyasi irsinin öyrənilməsi, onun dövlətçilik ənənələrinin təbliği, Azərbaycan Respublikasının Prezidenti, YAP-ın sədri cənab İlham Əliyevin fəaliyyətinin əhaliyə operativ, düzgün və əhatəli formada çatdırılmasının vacibliyini qeyd etmişdir. O, çıxışında ölkəmizdə baş verən bütün əlamətdar hadisələrdə YAP üzvlərinin yaxından iştirakının və bu proseslərə onların töhvələr verməsinin əhəmiyyəti haqqında məlumat vermişdir. Salman Əbdülov eyni zamanda öz çıxışında YAP üzvlərinin uçot işinin təkmilləşdirilməsində yerli təşkilata daim kömək göstərilməli olduğunu iclas iştirakçılarının nəzərinə çatdırdı. YAP Suraxanı rayon təşkilatının fəallarının sosial şəbəkələrdə aktivliyinin artırılması, onların keçirilən tədbirlərdə iştiraklarının təmin olunmasının vacibliyi barədə çıxış edərək yerli təşkilatın tapşırıq və tövsiyyələrini görüş iştirakçılarının diqqətinə çatdırdı.
Sonda ƏPT-nin üzvlərini maraqlandıran suallar cavablandırılmışdır.