YAP Suraxanı rayon təşkilatının bir qrup fəal üzvü Hərbi Qənimətlər Parkını ziyarət etmişlər
03 noyabr 2021-ci il tarixdə Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov və bir qrup fəal üzvü Hərbi Qənimətlər Parkını ziyarət etmişlər. Hər yaş kateqoriyasından olan üzvlər arasında gənclərin üstünlük təşkil etməsi əldə olunan qələbədə onların payından xəbər verən amildir. YAP-ın gənclərin vətənpərvər ruhda tərbiyəsində rolu müstəsnadır.
Hərbi Qənimətlər Parkında partiya fəalları ilə həmsöhbət olan Vüqar Seyidov qeyd edib ki, parkın hər bir elementi, hər bir küncü, bucağı, sərgilənən hər bir eksponat maraqlıdır. İlk öncə ona görə ki, hər bir məqam real döyüş bölgəsindən gətirilib və cəmi bir i əvvəl müharibənin ən qaynar nöqtələrində düşmən tərəfindən istifadə olunan hərbi avadanlıqlardır, silah-sursatdır. YAP-ın yerli təşkilatının sədri bir xüsusi mənəvi-psixoloji məqamı da vurğuladı ki, Bakı şəhərinin mərkəzində geniş bir ərazini əhatə edən parkda real döyüş səhnələri qurulmuş, düşmənin canlı qüvvəsi, hərbi texnikası, istehkamlar, minalanmış sahələr, düşmən səngərləri, daldanacaqlar və əlbəttə, düşmənin qəddar, işğalçı siması ustalıqla canlandırılmışdır. Bu parkı ziyarət edən hər bir yerli və yaxud xarici qonaq dövlətimizin hərbi qüdrətinin, siyasi iradəsinin və dəmir yumruğunun əyani şahidi olacaqdır. Yaradılmış real səhnələr dövlətimizin qüdrətinin bədii və təbii ifadəsidir. Burada olan hər bir azərbaycanlı və yaxud da xarici qonaq ermənlərin əsl simalarını və əldə etdiyimiz qələbənin miqyasını öz gözləri ilə görəcəklər. Vüqar Seyidov onu da bildirmişdir ki,ermənilərin əsrlər boyu yaratdıqları "yazıq və məzlum" adlı maska artıq yırtılmışdır. Onlar heç dırnaq arasında belə əsla qəhrəman deyillər. Bunu demək üçün əllərində heç bir əsas qalmayıb. Keçilməz saydıqları səddlər indi ancaq Hərbi Qənimətlər Parkında eksponat kimi sərgilənir.
Hərbi Qənimətlər Parkını ziyarət edən və düşmənin tam məğlubiyyətini görən YAP Suraxanı rayon təşkilatının fəalları rəşadətli ordumuzla və Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevlə qürur duyduqlarını ifadə etmişlər.