YAP Suraxanı rayon təşkilatında Ulu Öndər Heydər Əliyevin birinci dəfə hakimiyyətə gəlməsinin 57-ci ildönümü münasibətilə tədbir keçirilmişdir

YAP Suraxanı rayon təşkilatında Ulu Öndər Heydər Əliyevin birinci dəfə hakimiyyətə gəlməsinin 57-ci ildönümü münasibətilə tədbir keçirilmişdir

Tədbiri giriş sözü ilə açan YAP Suraxanı rayonn təşkilatının sədri Vüqar Seyidov dəyirmi masa iştirakçılarını salamlayaraq geniş nitqi ilə çıxış edərək bildirdi ki, Heydər Əliyevin 1969–1982-ci illəri əhatə edən birinci hakimiyyət dövrü Azərbaycanın sosial-iqtisadi gerilikdən qurtularaq gələcək müstəqilliyə hərtərəfli hazırlandığı vahid, sistemli və strateji bir intibah mərhələsidir. Bu illər ərzində həyata keçirilən nəhəng sənayeləşmə siyasəti çərçivəsində Bakı Məişət Kondisionerləri və Dərin Dəniz Özülləri kimi ittifaq miqyaslı zavodların qurulması ölkənin iqtisadi müstəqilliyinin təməlini qoydu. Eyni zamanda, aqrar sahədə, xüsusilə üzümçülük və pambıqçılıqda qazanılan böyük uğurlar kəndlərin sosial simasını köklü surətdə dəyişdi və şəhərlərdə genişmiqyaslı mənzil quruculuğu ilə tamamlandı.

Yerli təşkilatın sədri onu da vurğulamışdır ki,  iqtisadi yüksəlişlə paralel olaraq milli özünüdərkin inkişafına xüsusi diqqət yetirildi, bunun ən bariz nümunəsi kimi 1978-ci il Konstitusiyasında Azərbaycan dilinə dövlət dili statusunun verilməsi və milli idarəçilik elitasının formalaşdırılması oldu. Gələcəyin intellektual potensialını təmin etmək məqsədilə minlərlə azərbaycanlı gənc SSRİ-nin ən nüfuzlu ali məktəblərinə təhsil almağa göndərildi.

Vüqar Seyidov hərbi inkişaf mərhələsinə münasibət bildirərək dedi ki, dövlətçilik tariximiz üçün ən uzaqgörən addımlardan biri isə 1971-ci ildə Cəmşid Naxçıvanski adına hərbi liseyin yaradılması oldu ki, bu məktəb milli zabit kadrları yetişdirməklə onilliklər sonra müstəqil Azərbaycan Ordusunun onurğa sütununu təşkil etdi. Beləliklə, Heydər Əliyevin birinci rəhbərliyi dövründə yaradılan güclü iqtisadi, intellektual, mədəni və hərbi baza 1991-ci ildə bərpa olunan dövlət müstəqilliyinin real və sarsılmaz təməlinə çevrildi.

Daha sonra tədbir qarşılıqlı fikir mübadiləsi şəraitində davam etmişdir. Digər dəyirmi masa iştirakçıları da çıxış edərək Ümummilli Lider Heydər Əliyevin xalqı qarşısında əvəzsiz xidmətlərindən bəhs edərək qeyd etmişlər ki, 1969-cu il iyulun 14-ü təqviminin Azərbaycan tarixində xüsusi yeri var. Azərbaycan KP MK-nın iyul plenumunda Heydər Əliyev birinci katib seçildi. Bununla da SSRİ-nin geridə qalmış ucqarlarından biri olan Azərbaycanın həyatında dönüş yarandı, yeni bir dövr başladı. Yeni birinci katib ətalət və durğunluq buzunu sındırdı, həyat ritmini dəyişdirdi.

Tədbirin sonunda dəyirmi masa iştirakçıları bir daha bildirdilər ki, bu gün Müzəffər Ali Baş Komandan, Prezident, YAP-ın sədri cənab İlham Əliyev tərəfindən Heydər Əliyevin siyasi irsi ləyaqətlə davam etdirilir. Bütün uğurlarımızın təməlində məhz bu siyasi kurs dayanır.