14 iyul 2023-cü il tarixdə Yeni Azərbaycan Partiyasının Suraxanı rayon təşkilatının inzibati binasında Ulu Öndər Heydər Əliyevin birinci dəfə hakimiyyətə gəlməsinin 54-cü ildönümü münasibətilə dəyirmi masa keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan YAP Suraxanı rayonn təşkilatının sədri Vüqar Seyidov dəyirmi masa iştirakçılarını salamlayaraq bildirdi ki, 1969-1982-ci illəri haqlı olaraq Azərbaycanın intibah dövrü adlandırmaq olar. Heydər Əliyev yalnız Azərbaycanın intibah dövrünün müəllifi deyil, həm də öz idealları ilə yollarımızı işıqlandıran parlaq mayakdır, xalqımızın qürur və iftixar mənbəyidir. O, SSRİ-in əsas rəhbər orqanı olan Siyasi Büronun üzvü seçilmişdi. Daha sonra SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin olunmuşdu. Bu hadisələr Azərbaycanda əsl bayram əhval-ruhiyyəsi yaratmışdı. Doğrudan da azərbaycanlının SSRİ kimi nəhəng dövlətin hakimiyyət iyerarxiyasında yüksək mövqe tutması qürurverici idi. Eyni zamanda, Heydər Əliyevin öz nüfuzundan və yüksək vəzifənin imkanlarından istifadə edərək bir sıra ittifaqmiqyaslı layihələri Bakıya yönəldirdi.
Daha sonra tədbir qarşılıqlı fikir mübadiləsi şəraitində davam etmişdir. Digər dəyirmi masa iştirakçıları da çıxış edərək Ümummilli Lider Heydər Əliyevin xalqı qarşısında əvəzsiz xidmətlərindən bəhs edərək qeyd etmişlər ki, 1969-cu il iyulun 14-ü təqviminin Azərbaycan tarixində xüsusi yeri var. Azərbaycan KP MK-nın iyul plenumunda Heydər Əliyev birinci katib seçildi. Bununla da SSRİ-nin geridə qalmış ucqarlarından biri olan Azərbaycanın həyatında dönüş yarandı, yeni bir dövr başladı. Yeni birinci katib ətalət və durğunluq buzunu sındırdı, həyat ritmini dəyişdirdi. Həmin illərin mənzərəsini müxtəsər olaraq belə təsvir etmək olar: Bakıda o dövr üçün nadir müəssisələr - məişət kondisionerləri, dərin dəniz özülləri zavodları, “Gülüstan” sarayı, indiki Heydər Əliyev sarayı kimi yaraşıqlı binalar tikildi. Yeni Əhmədli, Günəşli yaşayış massivlərinin, mikrorayonların salınması əhalinin mənzil probleminin həllinə yol açdı. Eyni zamanda, kənd təsərrüfatı dirçəldildi, pambıq, üzüm, tərəvəz istehsalı dəfələrlə artdı. Buna adekvat olaraq, kənd əhalisinin güzəranı yaxşılaşdı.
Sonda uzun illər Yeni Azərbaycan Partiyasının Suraxanı rayon təşkilatının ictimai həyatında fəal iştirak etmiş bir qrup partiya üzvü "Fəxri Fərman" və "Təşəkkürnamə"lərlə təltif olunmuşlar. Eyni zamanda da partiya sıralarına yeni qoşulmuş partiya üzvlərinə YAP vəsiqələri təqdim olunmuşdur.