YAP Suraxanı rayon təşkilatında Qurban Bayramı ilə əlaqədar bir qrup aztəminatlı vətəndaşla görüş keçirilmişdir
16.06.2024-cü il tarixdə Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının inzibati binasında Qurban Bayramı ilə əlaqədar bir qrup aztəminatlı vətəndaşla görüş keçirilmişdir. Görüşü giriş sözü ilə açan YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov iştirakçıları həm Milli Qurtuluş Günü, həm də Müqəddəs Qurban Bayramı münasibəti ilə təbrik edərək dedi ki, dövlətimizin hər zaman vətəndaşmərkəzli sosial siyasət həyata keçirməklə hər bir Azərbaycan vətəndaşının yanındadır.
Vüqar Seyidov Prezident, YAP-ın sədri cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın sosialyönümlü siyasətlərinin hər kəs üçün etalon olduğunu xüsusi vurğulamışdır. Yerli təşkilatın sədri onu da qeyd etmişdir ki, YAP Suraxanı rayon təşkilatı aztəminatlı, şəhid və qazi ailələrini daima diqqət mərkəzində saxlayır, onların sosial problemlərinin həlli istiqamətində işlər görür.
Daha sonra görüş iştirakçıları adından çıxış edən Şəhid qızı Mehparə Nəsibə Xanlarova, aztəminatlı vətəndaşlar Turanə Məhəmmədyarova, Gülnaz Məmmədova, Safura Fərzəliyeva və digərləri hər zaman YAP Suraxanı rayon təşkilatının diqqət və qayğısı ilə əhatə olunduqlarını bildirmişlər.
Sonda görüş iştirakçılarının fərdi-sosial problemləri dinlənilmiş, bir çox məsələ yerindəcə öz həllini tapmış, bəzi digər problemlər isə yerli təşkilatın rəhbərliyi tərəfindən ciddi nəzarətə götürülmüşdür.