YAP Suraxanı rayon təşkilatında bir qrup Vətən Müharibəsi qazisi ilə görüş keçirilib

YAP Suraxanı rayon təşkilatında bir qrup Vətən Müharibəsi qazisi ilə görüş keçirilib

30. 03. 2022 – ci il tarixində Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının inzibati binasında Vətən Müharibəsi iştirakçıları, qazilər Anar Namazzadə, Fərid Əlirzayev, Hasil Hümmətov, Sahib Əliyev və Elmir Şəbizadə ilə səmimi çay süfrəsi ətrafında görüş keçirilmişdir. Görüş əsnasında YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov qaziləri salamlayaraq onların müalicələri və ailələrinin qayğıları ilə maraqlanmışdır. Yerli təşkilatın sədri bildirmişdir ki, Vətən Müharibəsində şəhidlərimizlə yanaşı sağlamlığını vətən uğrunda qurban vermiş qazilərimizin rolu az deyildir. Vüqar Seyidov xüsusi qeyd etmişdir ki, bu qəhrəman övladlarımız olmasa idi, biz ərazi bütövlüyümüzü bərpa edə bilməzdik.

Vətən Müharibəsi qaziləri qəbula görə YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidova öz dərin minnətdarlıqlarını bildirərək xüsusi qeyd etmişlər ki, Suraxanı rayonununda istər şəhid ailələri, istərsə də qazilərlə səmərəli işin təşkili yüksək səviyyədə həyata keçirilməkdədir. Daha sonra qazilər öz döyüş yollarından qürurla bəhs etmişlər. Ağır və şərəfli günlərdə xalqımızın harayına səs verən qəhrəman qazilərimiz döyüş vaxtı şəhidlərimizin igidliklərini xüsusi vurğulamışlar.