YAP Suraxanı rayon təşkilatı ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları uğurla həyata keçirilir

YAP Suraxanı rayon təşkilatı ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları uğurla həyata keçirilir
Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatı Əmircan qəsəbəsi Səttar Bəhlulzadə küçəsi 43 ünvanında yerləşən ərazi partiya təşkilatında YAP Suraxanı rayon təşkilatının nümayəndəsinin iştirakı ilə hesabat-seçki yığıncağı keçirilmişdir. Öncə ərazi partiya təşkilatının sədri Vəliyeva Gülnarə Nizami qızı YAP-ın VI qurutltayından bu günə qədər görülmüş işlər haqqında hesabat xarakterli məruzə ilə çıxış etmişdir. Daha sonra hesabat məruzəsi ətrafında müzakirələr aparılmış, çıxışlar edilmişdir. Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatı Əmircan qəsəbəsi Səttar Bəhlulzadə küçəsi 43 ünvanında yerləşən ərazi partiya təşkilatının sədri və sədr müavininin seçilməsi məsələsi müzakirə edilərək qərar qəbul edilmişdir. ƏPT-nın üzvlərinin səs verməsi nəticəsində sədr Vəliyeva Gülnarə Nizami qızı, sədr müavini Hüseynova Nuranə Şikar qızı seçilmişlər. ƏPT-nın iclası ilə bağlı protokol tərtib edilmişdir.
Sonda Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının nümayəndəsi Salman Əbdülov çıxış edərək bildirmişdir ki, Əmircan qəsəbəsi Səttar Bəhlulzadə küçəsi 43 ünvanında yerləşən ərazi partiya təşkilatının işini qənaətbəxş hesab etmək olar. YAP Suraxanı rayon təşkilatının nümayəndəsi gələcəkdə həyata keçiriləcək partiya fəaliyyəti, yeni üzvlərin qəbulu, üzvlük haqlarının vaxtında ödənilməsinin təmin edilməsi, qeydiyyat və uçotun səmərəli aparılması və ideoloji işin məqsədyönlü qurulması ilə bağlı öz tövsiyyələrini vermişdir.