YAP Suraxanı rayon təşkilatı və “Birlik” İctimai Birliyi tərəfindən aztəminatlı ailələrin övladlarına məktəb ləvazimatları təqdim olunub

YAP Suraxanı rayon təşkilatı və “Birlik” İctimai Birliyi tərəfindən aztəminatlı ailələrin övladlarına məktəb ləvazimatları təqdim olunub

14.09.2023 – ci il tarixdə Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatı və “Birlik” ictimai birliyinin təşkilatçılığı ilə Suraxanı rayon sakinləri olan bir qrup aztəminatlı ailənin övladına 15 sentyabr-Bilik günü münasibətlə məktəb ləvazimatları təqdim olunmuşdur.YAP Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov və “Birlik” İctimai Birliyinin sədri Cəlil Xudiyev yerli təşkilatın inzibati binasında məktəb ləvazimatlarını təqdim etmişlər.

Göstərilən diqqət və qayğıya görə aztəminatlı ailələr öz dərin minnətdarlıqlarını ifadə etmişlər.