YAP Suraxanı rayon təşkilatı Ramazan ayında 260 aztəminatlı, şəhid və qazi ailələrinə bayram sovqatı təqdim etmişdir
Azərbaycanda həyata keçirilən sosial siyasətin mərkəzində Azərbaycan vətəndaşının olduğunu, Dövlət başçısı, YAP-ın sədri cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrini, çox hörmətli Mehriban xanım Əliyevanın hümanitar sahədə gördüyü xeyirxah işləri öz sosial fəaliyyətinin əsası hesab edən Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatı bu il Müqəddəs Ramazan ayında Suraxanı rayonunda yaşayan 260 aztəminatlı, şəhid və qazi ailəsinə bayram sovqatı təqdim etmişdir. Yerli təşkilatın sədri Vüqar Seyidovun şəxsi təşəbbüsü və göstərişi ilə bayram süfrəsində olan 22 təamın yer aldığı bağlamalar YAP Suraxanı rayon təşkilatının aparatının əməkdaşları və fəal gənclər vasitəsi ilə öncədən vətəndaşlar tərəfindən edilmiş müraciətlər əsasında müəyyən olunmuş ailələrə çatdırılmışdır.
Milli-mənəvi dəyərlərin ən gözəl nümunəsinin yaşandığı və xalqımızın ülvi amallar uğrunda öz rəhbəri ətrafında birləşdiyi bu müqəddəs günlərdə dini, milli bayramlarımız vahidliyimizi qorumaq üçün fürsətdir. Məhz bu səbəbdən şəhid ailələri, qazilər, keçmiş və maddi yardıma ehtiyacı olan rayon sakinləri YAP Suraxanı rayon təşkilatı tərəfindən ziyarət edilmiş, onların cari problemləri ilə maraqlanılmış və bəzi məsələlər rayon təşkilatının rəhbərliyi tərəfindən nəzarətə götürülmüşdür.
Ramazan ayı ilə əlaqədar ziyarətlər zamanı YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov vurğulamışdır ki, ölkə və partiya rəhbərliyinin, xüsusi ilə cənab Prezident İlham Əliyevin və çox hörmətli Mehriban xanım Əliyevanın əhalinin həssas təbəqəsinə olan münasibəti yerli təşkilat üçün etolon təşkil etməkdədir. Vüqar Seyidov bayram sovqatlarının çatdırılması əsnasında qeyd etmişdir ki, hər zaman Ulu Öndər Heydər Əliyevin xalqa məhəbbətini, cənab Prezidentin xalqı naminə gördüyü işləri və Birinci-vitse prezident Mehriban xanım Əliyevanın hümanitar fəaliyyətini əldə rəhbər tutan YAP Suraxanı rayon təşkilatı bundan sonra da hər zaman yardıma ehtiyacı olan vətəndaşların yanında olacaqdır.
Ziyarət olunmuş ailələr diqqət və qayğı üçün YAP Suraxanı rayon təşkilatına öz dərin minnətdarlıqlarını bildirmişlər.