YAP Suraxanı rayon təşkilatı “5 oktyabr - Beynəlxalq Müəllimlər Günü” münasibəti ilə bir qrup məktəb direktorunu təltif etmişdir  

YAP Suraxanı rayon təşkilatı “5 oktyabr - Beynəlxalq Müəllimlər Günü” münasibəti ilə  bir qrup məktəb direktorunu təltif etmişdir   

“5 oktyabr-Beynəlxalq Müəllimlər Günü” münasibəti ilə Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov və təşkilatının aparatının nümayəndələri Suraxanı Rayonu 89 nömrəli tam orta məktəbdə olaraq məktəbin direktoru Dadaş Babazadəni rayonun ictimai-siyasi həyatında fəal iştirakına və təhsil sahəsində əldə olunan yüksək nəticələrə görə ”Təşəkkürnamə” ilə təltif etmişdir.

Məktəb direktorunu təltif edərkən bir qrup məktəb kollektivinin nümayəndəsi ilə görüşən YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov “5 oktyabr-Beynəlxalq Müəllimlər Günü” münasibəti ilə məktəbin direktoru Dadaş Babazadəni və bütün müəllim kollektivini təbrik edərək pedaqoji fəaliyyətlərində uğurlar arzulamışdır.

Suraxanı Rayonu 89 nömrəli tam orta məktəbdə olaraq məktəbin direktoru Dadaş Babazadə göstərilən diqqət və qayğıya görə Yeni Azərbaycan Partiyasına və yerli təşkilatın sədri Vüqar Seyidova öz minnətdarlığını bildirmişdir. Dadaş Babazadə bundan sonra da doğma partiyaya ləyaqətlə xidmət edəcəyini xüsusi qeyd etmişdir.