YAP Suraxanı rayon təşkilatının Qaraçuxur qəsəbəsi Yeni Günəşli “D” yaşayış sahəsi ünvanında yerləşən ƏPT-da görüş keçirilmişdir

YAP Suraxanı rayon təşkilatının Qaraçuxur qəsəbəsi Yeni Günəşli “D” yaşayış sahəsi ünvanında yerləşən ƏPT-da görüş keçirilmişdir

YAP Suraxanı rayon təşkilatının Qaraçuxur qəsəbəsi Yeni Günəşli “D” yaşayış sahəsi ünvanında yerləşən ərazi partiya təşkilatında (ƏPT) yerli təşkilatın sədr müavini Salman Əbdülovun iştirakı ilə görüş keçirilmişdir.  İclasın sədri, ƏPT-nin sədr müavini Axirə Məmmədova iclası açıq elan etdikdən sonra ƏPT-də ideoloji işin gücləndirilməsi və səmərəliliyin artırılması ilə əlaqədar olaraq görülmüş işlər haqqında məlumat vermişdir. O, yerli təşkilat tərəfindən verilən tapşırıqlara hər zaman operativ reaksiya verildiyini və bu işdə ƏPT-də təmsil olunan YAP üzvlərinin ona dəstəyini xüsusi vurğulamışdır.  Daha sonra A.Məmmədova bugünkü iclasın gündəliyində iki məsələ - ƏPT-nin sədrinin və müavininin seçilməsinin nəzərdə tutulduğunu iclas iştirakçılarının diqqətinə çatdırdı.

Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov iclas iştirakçılarını salamlayaraq onlara Ulu Öndər Heydər Əliyev siyasi irsinin öyrənilməsi, onun dövlətçilik ənənələrinin təbliği, Azərbaycan Respublikasının Prezidenti, YAP-ın sədri cənab İlham Əliyevin fəaliyyətinin əhaliyə operativ, düzgün və əhatəli formada çatdırılmasının vacibliyini qeyd etmişdir. O, çıxışında ölkəmizdə baş verən bütün əlamətdar hadisələrdə YAP üzvlərinin yaxından iştirakının və bu proseslərə onların töhvələr verməsinin əhəmiyyəti haqqında məlumat vermis, YAP üzvlərinin uçot işinin təkmilləşdirilməsində yerli təşkilata daim kömək göstərilməli olduğunu, YAP Suraxanı rayon təşkilatının fəallarının sosial şəbəkələrdə aktivliyinin artırılması, onların keçirilən tədbirlərdə iştiraklarının təmin olunmasının vacibliyi barədə çıxış edərək yerli təşkilatın tapşırıq və tövsiyyələrini görüş iştirakçılarının diqqətinə çatdırdı.

YAP Suraxanı rayon təşkilatının Qaraçuxur qəsəbəsi Yeni Günəşli “D” yaşayış sahəsi ünvanında yerləşən ərazi partiya təşkilatının üzvü Mətanət Cabbarova çıxış edərək ƏPT sədrliyinə Məmmədova Axirə Nəsi qızının, namizədliyini irəli sürdü. Daha sonra ƏPT-nin üzvləri arasında sədr seçkisi keçirildi. Səsvermə yolu ilə Məmmədova Axirə Nəsi qızı yekdilliklə ərazi partiya təşkilatının sədri seçilmişdir.
Yeni seçilmiş ƏPT-nin sədri Axirə Məmmədova çıxış edərək ona etimad göstərib, seçən bütün üzvlərə öz dərin minnətdarlığını ifadə etmişdir. Yeni seçilmiş sədr A.Məmmədova Əliyev İlham Hacıbaba oğlunun uzun illər YAP-da təcrübəsini və ƏPT-də səmərəli fəaliyyətini nəzərə alaraq onun ƏPT-nin sədr müavini kimi namizədliyini irəli sürdü. ƏPT-də təmsil olunan üzvlərin səsverməsi nəticəsində İlham Əliyev sədr müavini seçilmişdir.

YAP Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov ƏPT-nin yeni seçilmiş sədr və sədr müavininə gələcək fəaliyyətində uğurlar arzulamış, bundan sonra da ideoloji işin gücləndirilməsi, səmərəliliyinin artırılması və üzvlərin uçot operativliyi, dəqiqliyi diqqət mərkəzində saxlanılmasını tövsiyyə etmişdir.
Sonda ƏPT-nin üzvlərini maraqlandıran suallar cavablandırılmışdır.