YAP Suraxanı rayon təşkilatının nümayəndəsi şəhid Aydın Feyzullayevin doğum günündə məzarını ziyarət edib

YAP Suraxanı rayon təşkilatının nümayəndəsi şəhid Aydın Feyzullayevin doğum günündə məzarını ziyarət edib

19 iyun Vətən Müharibəsi şəhidi əsgər Feyzullayev Aydın Zakir oğlunun doğum günüdür. Şəhidimizin mövludu ilə əlaqədar Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov şəhid Aydın Feyzullayevin Suraxanı rayon Bülbülə qəsəbəsində yerləşən Şəhidlər Xiyabanındakı əbədi istirahətgahının üzərinə tər güllər düzmüş, dualar oxumuşdur.