Azərbaycanın rəşadətli ordusunun qəhrəman hərbiçisi, Suraxanı rayon sakini olmuş və cənab Ali Baş Komandan İlham Əliyev tərəfindən “Qarabağ” ordeni, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunmuş miçman Rəcəbov Ruslan Rəcəb oğlunun övladı Osmanın bu gün 10 yaşı tamam olur. Bu münasibətlə Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının nümayəndələri ailəni ziyarət edərək, şəhidin övladını təbrik etmiş, şəhid ailəsinin qayğıları ilə maraqlanmışlar.
Şəhidin ailəsi Dövlət başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə, Birinci vitse-prezident çox hörmətli Mehriban xanım Əliyevaya və şəhid ailələrinə göstərdikləri diqqət, sevgi və qayğıya görə öz dərin minnətdarlıqlarını bildirmişdir.