YAP Suraxanı rayon təşkilatının nümayəndələri şəhid Kəlbəliyev Mirkazımın doğum günündə ailəsini ziyarət etmişlər
05 noyabr Vətən Müharibəsi şəhidi əsgər Kəlbiliyev Mirkazım Feyruz oğlunun doğum günüdür. Şəhidimizin doğum günü əlaqədar Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov və nümayəndələri ailəsini ziyarət etmiş, ailənin qayğıları ilə maraqlanmışlar.
Şəhidin ad günündə qəhrəman vətən övladlarına və onların ailələrinə qayğı göstərməyə cəmiyyətimizin daima borclu olduğunu ifadə edən YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov cənab Ali Baş Komandan İlham Əliyev tərəfindən bütün şəhidlərimiz kimi Kəlbliyev Mirkazımın da xatirəsinin əziz tutulduğunu vurğulamışdır. Yerli təşkilatın sədri Ali rəhbərin Vətən Müharibəsi şəhidlərinə olan diqqətinin hər kəsə nümunə olduğunu bildirdi. Sonra təşkilat sədri YAP Suraxanı rayon təşkilatı adından şəhidin ailəsinə “Anım lövhəsi” təqdim etmişdir.
Qeyd edək ki, şəhid əsgər Kəlbiliyev Mirkazım Feyruz oğlu Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, və “Laçının azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
Göstərilən diqqət və qayğıya görə şəhidin ailə üzvləri cənab Prezident İlham Əliyevə, Birinci vitse-prezident çox hörmətli Mehriban xanım Əliyevaya və Yeni Azərbaycan Partiyasına öz dərin minnətdarlıqlarını bildirmişlər.