YAP Suraxanı rayon təşkilatının nümayəndələri şəhid Cəsarət Səfərovun doğum günündə iştirak etmişlər

YAP Suraxanı rayon təşkilatının nümayəndələri şəhid Cəsarət Səfərovun doğum günündə iştirak etmişlər

27 iyun Vətən Müharibəsi şəhidi əsgər Səfərov Cəsarət Xaliq oğlunun doğum günüdür. Şəhidimizin mövludunun 21-cı ilinin tamam olması ilə əlaqədar Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının məsləhətçisi Ənvər Haqverdiyev Şəhid ailələri, rayon ictimaiyyətinin nümayəndələri və digər rəsmi şəxslər ailəsinin qayğıları ilə maraqlanmışlar. Öncə tədbir iştirakçıları tərəfindən Cəsarət Səfərovun II Fəxri Xiyabanda yerləşən əbədi istirahətgahının üzərinə tər güllər düzülmüş və dualar oxunmuşdur.  Daha sonra Şəhidin ad günü münasibəti ilə “Dəniz” mərasim evində ehsan süfrəsi açılmışdır.

Qeyd edək ki, şəhid  əsgər  Səfərov Cəsarət Xaliq oğlu Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “Cəbrayıl azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Laçının  azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

Göstərilən diqqət və qayğıya görə şəhidin ailə üzvləri cənab Prezident İlham Əliyevə, Birinci vitse-prezident çox hörmətli Mehriban xanım Əliyevaya və Yeni Azərbaycan Partiyasına öz dərin minnətdarlıqlarını bildirmişlər.