YAP Suraxanı rayon təşkilatının nümayəndələri şəhid əsgər Rəhimov Sadiqin doğum günündə ailəsini ziyarət etmişlər

YAP Suraxanı rayon təşkilatının nümayəndələri şəhid əsgər Rəhimov Sadiqin doğum günündə ailəsini ziyarət etmişlər

10 dekabr 2021-ci il tarixdə Vətən Müharibəsi şəhidi əsgər Rəhimov Sadiq Nadir oğlunun doğum günüdür. Şəhidimizin doğum günü ilə əlaqədar Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov və nümayəndələri ailəsini ziyarət etmiş, ailənin qayğıları ilə maraqlanmışlar.

Şəhidin ad günündə qəhrəman vətən övladlarına və onların ailələrinə qayğı göstərməyə cəmiyyətimizin daima borclu  olduğunu ifadə edən YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov cənab Ali Baş Komandan İlham Əliyev tərəfindən bütün şəhidlərimiz kimi Rəhimov Sadiqin də, xatirəsinin əziz tutulduğunu vurğulamışdır. Yerli təşkilatın sədri Ali rəhbərin Vətən Müharibəsi şəhidlərinə olan diqqətinin hər kəsə nümunə olduğunu bildirmişdir. Daha sonra təşkilat sədri YAP Suraxanı rayon təşkilatının çoxminli üzvləri adından şəhidin ailəsinə “Anım lövhəsi” təqdim etmişdir.

Qeyd edək ki, şəhid əsgər Rəhimov Sadiq Nadir oğlununAzərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və  “Şuşanın azad olunmasına görə”  medalları ilə təltif edilmişdir.

Göstərilən diqqət və qayğıya görə şəhidin ailə üzvləri cənab Prezident İlham Əliyevə,  Birinci vitse-prezident çox hörmətli Mehriban xanım Əliyevaya və Yeni Azərbaycan Partiyasına öz dərin minnətdarlıqlarını bildirmişlər.