YAP Suraxanı rayon təşkilatının fəal gəncləri "İnsan alverinin qarşısının effektiv alınması" mövzusunda tədbirdə iştirak etmişlər

YAP Suraxanı rayon təşkilatının fəal gəncləri "İnsan alverinin qarşısının effektiv alınması" mövzusunda tədbirdə iştirak etmişlər
“Ailə Dünyası” Ailələrə Hüquqi Yardım İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyələşdirdiyi “Şirkətlər arasında insan alveri ilə bağlı məlumatlılığın artırılması, insan alveri və potensial qurbanların sosial reabilitasiyası” layihəsinin icra planına uyğun olaraq 25 iyul 2024-cü il tarixdə Suraxanı Gənclər Evi”ndə İnsan alverinin qarşısının effektiv alınması və əhalinin həssas təbəqələrinin həyatını yaxşılaşdırmaq üçün özəl sektor, dövlət sektoru və vətəndaş cəmiyyəti təşkilatları arasında tərəfdaşlığın gücləndirilməsi məqsədilə tədbir keçirdi.
Tədbirdə DİN-nin nin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin Xüsusilə Mühüm İşlər Üzrə Baş Əməliiyat Müvəkkili polis polkovnik-leytenantı İbrahim Əhmədov, DİN-nin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin əməliyyat müvəkilli, Qüdrət Nərimanov, Sabunçu RPİ-nin əməkdaşı Asif Əhmədov, DİN-nin İnsan alverinə qarşı mübarizə üzrə QHT Koalisiyasının sədri Ramiz Alıyev,  “Ümid Yelkənləri” İnsan Alverinə Qarşı İctimai Birliyinin sədri Fatma Allahyarova, “Qadın və Uşaqların İnnovativ Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin sədri Aynur Zülfüqarova, Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının fəal gəncləri, müxtəlif özəl sektorun nümayəndələri iştirak etdilər. 
“Ailə Dünyası” Ailələrə Hüquqi Yardım İçtimai Birliyinin sədri Gülayə Səfərova çıxışında bildirdi ki, layihəmizin əsas məqsədi şirkətlər arasında insan alveri ilə bağlı məlumatlılığın artırılması və insan alverinə qarşı effektiv mübarizədə ortaq məsuliyyəti tanımaq üçün müxtəlif biznes sektorları, dövlət qurumları və QHT-lər arasında tərəfdaşlığın gücləndirilməsinə nail olmaqdır.
Tədbirdə çıxış edən dövlət qurumlarının, QHT-lərin və müxtəlif biznes sektorlarının nümayəndələri də insan alveri, onun fəsadları və həlli yolarını müzakirə edərək birgə mübarizənin effektivliyindən danışdılar.