YAP Suraxanı rayon təşkilatının Dövlət Məşğulluq Agentliyinin 3 saylı Ərazi Məşğulluq filialında ərazi partiya təşkilatı yaradıldı

YAP Suraxanı rayon təşkilatının Dövlət Məşğulluq Agentliyinin 3 saylı Ərazi Məşğulluq filialında ərazi partiya təşkilatı yaradıldı

Dövlət Məşğulluq Agentliyinin 3 saylı Ərazi Məşğulluq filialında  fəaliyyət göstərən əməkdaşların şəxsi ərizələr vasitəsi ilə müraciətini nəzərə alaraq Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov Əmircan qəsəbəsi Elxan Həsənov küçəsi 108 ünvanında ərazi partiya təşkilatının yaradılması haqqında müvafiq əmr imzalamışdır. Müvafiq əmrə əsasən 29 noyabr 2021-ci il tarixdə Əmircan qəsəbəsi Elxan Həsənov küçəsi 108 ünvanında yerləşən ərazi partiya təşkilatında YAP Suraxanı rayon təşkilatının nümayəndəsinin iştirakı ilə seçki yığıncağı keçirilmişdir.

Yığıncağı giriş sözü ilə açan Dövlət Məşğulluq Agentliyinin 3 saylı Ərazi Məşğulluq filialının rəhbəri Ələkbərov Məmməd Hidayət oğlu iştirakçıları salamlayaraq bildirdi ki, Yeni Azərbaycan Partiyasının ölkə miqyasında fəaliyyəti dövlətimizin inkişafına səbəb olmuşdur. YAP-ın sədri, ölkə Prezidentinin Müzəffər Ali Baş Komandan kimi torpaqlarımızın işğaldan azad edilməsində oynadığı müstəsna rol partiyanın nüfuzunu da artırmışdır. O qeyd etmişdir ki, Dövlət Məşğulluq Agentliyinin 3 saylı Ərazi Məşğulluq filialının sıralarında çox sayda YAP üzvü fəaliyyət göstərməkdədir. Eyni zamanda da partiya üzvü olmayan, lakin onun siyasətini dəstəkləyən əməkdaşlar mövcuddur. Bu səbəbdən edilmiş fərdi müraciətləri nəzərə alaraq YAP Suraxanı rayon təşkilatının Əmircan qəsəbəsi Elxan Həsənov küçəsi 108 ünvanında yerləşən ərazi partiya təşkilatının yaradılmasını xahiş ediblər. Müraciətlərinə müsbət cavab verildiyi üçün Məmməd Ələkbərov Vüqar Seyidova öz minnətdarlığını bildirdi.

Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının nümayəndəsi Salman Əbdülov Dövlət Məşğulluq Agentliyinin 3 saylı Ərazi Məşğulluq filialında fəaliyyət göstərən əməkdaşların hər birini bu cür mütərəqqi təşəbbüs üçün öz dərin minnətdarlığını bildirdi. O, qeyd etdi ki, YAP sıralarında dövlətinə və xalqına sadiq vətəndaşlar fəaliyyət göstərməkdədirlər. Daha sonra YAP-a yeni daxil olan üzvlər ölkədəki ictimai-siyasi vəziyyət, Vətən Müharibəsində əldə olmuş mötəbər qələbə haqqında fikir mübadiləsi aparılmış və partiya üzvlərini maraqlandıran suallar cavablandırılmışdır.

 Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatı Əmircan qəsəbəsi Elxan Həsənov küçəsi 108 ünvanında yerləşən ərazi partiya təşkilatının sədr və sədr müavininin seçilməsi məsələsi müzakirə edilərək qərar qəbul edilmişdir. ƏPT-nın üzvlərinin səs verməsi nəticəsində sədr Ələkbərov Məmməd Hidayət oğlu, sədr müavini Balaqardaşov Fərrux Zahid oğlu seçilmişlər. ƏPT-nın iclası ilə bağlı protokol tərtib edilmişdir.

YAP Suraxanı rayon təşkilatının nümayəndəsi Salman Əbdülov Əmircan qəsəbəsi Elxan Həsənov küçəsi 108 ünvanında yerləşən ərazi partiya təşkilatına gələcəkdə həyata keçiriləcək partiya fəaliyyəti, yeni üzvlərin qəbulu, üzvlük haqlarının vaxtında ödənilməsinin təmin edilməsi, qeydiyyat və uçotun səmərəli aparılması və ideoloji işin məqsədyönlü qurulması ilə bağlı öz tövsiyyələrini vermis, ƏPT-nın fəaliyyətində uğurlar diləmişdir.