YAP Suraxanı rayon təşkilatının ərazi partiya təşkilatlarında seçki iclasları keçirilir

YAP Suraxanı rayon təşkilatının ərazi partiya təşkilatlarında seçki iclasları keçirilir

Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının Qaraçuxur qəsəbəsi Yeni Günəşli “D” yaşayış sahəsi ünvanında yerləşən ərazi partiya təşkilatında yerli təşkilatın sədr müavini Salman Əbdülovun iştirakı ilə iclas keçirilmişdir.

İclasın sədri Kunzala Həmidova YAP üzvlərini salamlayaraq iclası açıq elan etdikdən sonra bildirmişdir ki, bugünkü iclasın gündəliyində iki məsələ - ƏPT-nin sədrinin və sədr müavininin seçilməsi məsələsi nəzərdə tutulmuşdur. Sədr vəzifəsinə Kunzala Həmidovanın namizədliyi irəli sürüldü və bu təklifə səsvermə ilə münasibət bildirilməsi xahiş edildi. ƏPT-də təmsil olunan üzvlərin səsverməsi nəticəsində K.Həmidova sədr seçilmişdir. Səsvermə nəticəsində seçilmiş yeni sədr Kunzala Həmidova Axirə Məmmədovanın uzun illər YAP-da təcrübəsini və ƏPT-də səmərəli fəaliyyətini nəzərə alaraq onun ƏPT-nin sədr müavini kimi namizədliyini irəli sürdü. ƏPT-də təmsil olunan üzvlərin səsverməsi nəticəsində Axirə Məmmədova sədr müavini seçilmişdir.

Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov çıxış edərək bildirmişdir ki, Qaraçuxur qəsəbəsi Yeni Günəşli “D” yaşayış sahəsi ünvanında yerləşən ərazi partiya təşkilatında partiya işinin təşkili qənaətbəxşdir. Bundan sonra da ideoloji işin gücləndirilməsi, səmərəliliyinin artırılması və üzvlərin uçot qeydiyyatlarının operativliyi, dəqiqliyi diqqət mərkəzində saxlanılmalıdır.

Sonda ƏPT üzvləri tərəfindən verilən suallar cavablandırılmışdır.