YAP Suraxanı rayon təşkilatında təşviqat mərhələsinin son günü təhlil xarakterli yığıncaq keçirilmişdir

27 yanvar 2025-ci il tarixdə Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsinin son günündə prosesin təhlili və seçki günü həyata keçiriləcək işlərlə ilə əlaqədar YAP Suraxanı rayon təşkilatının inzibati binasında yerli təşkilatın ətrafında birləşən bir qrup Ərazi Partiya Təşkilatının sədrinin və seçki qərargahının üzvlərinin iştirakı ilə müşavirə xarakterli görüş keçirilmişdir.
Görüşdə giriş sözü ilə çıxış edən YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov bildirdi ki, bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Suraxanı rayon ərazisindən uğurlu seçki kampaniyası həyata keçirilmişdir. İstər qrafik üzrə müəyyən olunmuş, istərsə də səyyar xarakterli çoxsaylı görüşlər zamanı yüzlərlə seçici ilə birbaşa təmas qurulmuş, onların cari problemləri dinlənilmiş, onlar partiyanın seçki proqramları ilə tanış edilmiş və gələcək planları haqqında geniş məlumat verilmişdir.
Yerli təşkilatın sədri Vüqar Seyidov onu da xüsusi olaraq vurğuladı ki, bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində YAP Suraxanı rayon təşkilatının sosial mediya fəalları tərəfindən müxtəlif sosial şəbəkə seqmentlərdə yüzlərlə paylaşım edilərək proses uğurla başa vurulmuşdur.
Vüqar Seyidov ƏPT (Ərazi Partiya Təşkilatı) sədrlərinə qarşıdan gələn seçkilərdə uğurlar arzulayaraq əmin olduğunu bildirdi ki, doğma partiyamız - Yeni Azərbaycan Partiyası yenidən və bir daha xalqın etimadını qazanaraq bələdiyyə seçkilərində qalib gələcəkdir.