YAP Suraxanı rayon təşkilatında gənclərlə növbəti ənənəvi görüş keçirilmişdir

YAP Suraxanı rayon təşkilatında gənclərlə növbəti ənənəvi görüş keçirilmişdir

Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının inzibati binasında üzv olmaq üçün müraciət etmiş gənclərin bir qrupu ilə çay süfrəsi ətrafında səmimi görüş təşkil olunmuşdur. Görüşü giriş sözü ilə açan YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov yeni müraciət edən gəncləri salamlayaraq, bildirmişdir ki, gənclərlə mütəmadi görüşlər artıq ənənə halını alıb. Müxtəlif səbəblərdən gənc dostlarımızla görüşlər keçirilir. Bugünkü görüşün məqsədi isə YAP Suraxanı rayon təşkilatının fəal gənci Türkər Məmmədovun 25 yaşını birgə qeyd etməkdir. Yerli təşkilatın sədri Türkər Məmmədova gələcək həyatında uğurlar arzu etmişdir.

YAP Suraxanı rayonunun fəal gənci Türkər Məmmədov YAP Suraxanı rayon təşkilatına  üzv olmaqla gələcək fəaliyyətini məqsədyönlü qurduğunu bildirdi. O eyni zamanda da qeyd etdi ki, YAP Suraxanıda tanış olduğu dostlarının sayəsində iş tapa bilmişdir. Bütün rayon gənclərini Heydər Əliyev ideyalarının ətrafında birləşməyə səsləyən fəal gənc bundan sonra da dogma partiyaya ləyaqətlə xidmət edəcəyini dedi

Daha sonra üzvlük üçün müraciət edən yeni gənclər özləri haqqında ətraflı məlumat vermişlər.