YAP Suraxanı rayon təşkilatı şəhid Pirvələdov Familin şəhadətinin ildönümü münasibəti ilə ailəsinə başsağlığı ünvanlayıb

YAP Suraxanı rayon təşkilatı şəhid Pirvələdov Familin şəhadətinin ildönümü münasibəti ilə ailəsinə başsağlığı ünvanlayıb

31 oktyabr 2020-ci il tarixdə  Suraxanı rayonu Hövsan qəsəbəsi sakini olmuş Vətən Müharibəsi şəhidi Kiçik çavuş (MAHHXHQ) Pirvələdov Famil Teyfur oğlu Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.

Bu gün şəhidimizin şəhadətinin birinci ildönümüdür. Şəhidimizin il mərasimi Qusar rayonunda təşkil olunmuşdur. Şəhidimizin ailəsinə YAP Suraxanı rayonunun çoxminli üzvləri adından dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin!

Qeyd edək ki, şəhidi Kiçik çavuş (MAHHXHQ) Pirvələdov Famil Teyfur oğlu Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

 

Dərin hörmətlə,

YAP Suraxanı rayon təşkilatının sədri

Vüqar Seyidov