YAP Suraxanı rayon təşkilatı şəhid Mixail Həmidovun övladını doğum günü münasibəti ilə təbrik edib
YAP Suraxanı rayon təşkilatının nümayəndələri Yeni Günəşli yaşayış sahəsinin sakini olmuş, Vətən Müharibəsi şəhidi, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “İgidliyə görə” medalları ilə təltif olunmuş şəhid baş leytenant Həmidov Mixail Hamlet oğlunun ailəsini ziyarət ediblər. Yerli təşkilatın sədr müavini Salman Əbdülov təşkilatın sədri Vüqar Seyidovun adından şəhidin 9 yaşı tamam olan qızı Mələyi doğum günü münasibətilə təbrik edərək, ona hədiyyələr təqdim etmişdir.
Ailənin qayğıları ilə maraqlanan təşkilatın sədr müavini söhbət zamanı şəhidlərimizin Vətən qarşısında böyük və misilsiz xidmətlərinin olduğunu, torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş hər bir övladımızın xatirəsinin dövlətimiz və xalqımız tərəfindən hər zaman uca tutulduğunu vurğulamış, şəhid olan qəhrəmanlarımıza Allahdan rəhmət diləmişlər.
Şəhid Mixail Həmidovun ailə üzvləri göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.