Oktyabrın 15-də Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30 illiyinə həsr olunmuş minifutbol turnirinə start verilib.
YAP üzvü və bitərəf gənclər arasında sağlam həyat tərzinin təşviqi və həvəskar minifutbolun təbliği məqsədilə keçirilən turnirdə ümumilikdə 900-ə yaxın gənc iştirak edir. 12 qrupda 72 komandanın mübarizə apardığı turnirin qrup mərhələsinin ilk günündə qalib gələn 36 komanda növbəti mərhələyə vəsiqə qazanıb.