YAP güclü siyasi təşkilat kimi Azərbaycanın ictimai-siyasi həyatında müstəsna rola malikdir

YAP güclü siyasi təşkilat kimi Azərbaycanın ictimai-siyasi həyatında müstəsna rola malikdir

Vaqif Qurbanov 

YAP Suraxanı rayon təşkilatının fəal üzvü, hərbi ekspert

Azərbaycanda sovet höküməti dağıldıqdan sonra xaos vəziyyəti yaranmışdır. Bu vəziyyətin davam etməsi ən çox sadə və zəhmətkeş xalqda dövlətə qarşı nikbin fikirlərin yox olmasına səbəb olmuşdur. Çünki ölkə rəhbərliyinin səriştəsizliyi, ölkədə iqtisadi vəziyyətin acınacaqlı halda olmasına və siyasi böhrana gətirib çıxarmışdır. Ölkədə kənd təsərrüfatı çökmüş, zavod və fabriklərdə istehsalatın durduğundan işsizlik son həddə çatmışdır. Sosial həyat tərzi günü gündən pisləşərək səfalət içərisində yaşayan xalq artıq ölkə rəhbərliyinin yalançı vədlərinə inanmırdılar.  Azərbaycanda baş verən daxili və ölkə üçün zəruri olan xarici siyasətin vəziyyətinin düzgün qurulmamasını özünə bir fürsət bilən Ermənistan rəhbərliyinin yeni ərazi iddiaları irəli sürərək onlara “Böyük Ermənistan” yaratmaq arzularını gerçəkləşdirmək imkanı yaradırdı.

O vaxtkı iqtidarın bacarıqsızlığı və xəyanəti nəticəsində ölkə parçalanmaq təhlükəsi ilə üz – üzə qalmışdır. Hakimiyyətdə olan səriştəsiz qüvvələr ölkəni dərin siyasi böhrandan xilas etmək iqtidarında deyildi. Xalqın az bir qismi köhnə sovet rejiminə qayıdılmasını arzulayır, ürəyi müstəqillik və azadlıq istəyi ilə döyünən bir qismi isə onları bu xaosdan və nikbinlikdən çixaracaq öz Liderlərinin gəlişini gözləyirdilər.

Yeni bir Liderə və yeni bir partiyaya ehtiyacın var olması açıq-aşkar hiss olunurdu. Xalq dövlətin başı üstündə olan qara buludları yox edib günəşli bir sabaha yalnız Ulu Öndər Heydər Əliyev tərəfindən çıxacaqlarına inanırdılar. Çünki Ulu Öndər Heydər Əliyev dahiyanə siyasi bacarığa sahib olan və xalqın dərdini yaxşı anlayan, xalqın içindən çıxmış bir dahi şəxsiyyətdir.

Beləliklə, ölkədə baş verən siyasi, iqtisadi böhran və ölkədə hər an alovlanacaq vətəndaş müharibəsi, Yeni Azərbaycan Partiyasının yaranmasını zəruri etdi. Buna görə də nicat yolunu Ulu Öndər Heydər Əliyevin simasında görən xalqın içərisində böyük hörmətə malik olan, ölkənin gələcəyini düşünən 91 nəfər ziyalıları yeni yaranacaq Yeni Azərbaycan Partiyasına rəhbərlik ilə əlaqədar müraciət ünvanlamışdırlar.

Ulu öndər Heydər Əliyev tərəfindən ziyalılara göndərilən cavab məktubunda Yeni Azərbaycan Partiyasının yaradılmasına və ona rəhbərlik etməyə razılıq verdiyini bildirmişdir. 1992-ci il noyabrın 21-də Naxçıvanda keirilən təsis konfransında Yeni Azərbaycan Partiyası yarandı və Ulu öndər partiyanın sədri seçildi.  Yeni Azərbaycan partiyası qısa müddətdə təşkilatlanmağı bacardı və xalqın dəstəyi ilə 1993-cü ildə hakimiyyətə gəldi.

Təməli Ulu öndər tərəfindən qoyulmuş Yeni Azərbaycan Partiyasının proqramının əsası Azərbaycan dövlət müstəqilliyinin qorunub möhkəmləndirilməsindən, ərazi bütövlüyünün təmin edilməsindən, demokratik hüquqi, dünyəvi cəmiyyətin qurulmasından, əmin-amanlıq. Ictimai – siyasi sabitlik, milli həmrəylik, güclü və sosialyönümlü iqtisadiyyat yaratmaqdan ibarətdir.

Zəngin və şərəfli bir inkişaf yoluna malik olan Yeni Azərbaycan Partiyası dövlətçiliyinin  xalqının rifahıxoşbəxt gələcəyi naminə çalışan  konkret konsepsiyaya malik siyasi təşkilatdır.

Yeni Azərbaycan Partiyası yarandıqdan sonra, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə ölkəmizin strateji xəttini müəyyən edən əsas addımlar atılmışdır.  Beləki, İlk növbədə, Konstitusiya qəbul edilərək dövlətçiliyin əsası qoyulmuş, ölkədə özbaşınalığa son qoyuldu və beynəlxalq təcrid, o cümlədən informasiya blokadası aradan qaldırılmışdır.     

Ulu Öndərin rəhbərliyi ilə çox ciddi iqtisadi islahatlara start verildi. Qısa bir zamanda Ulu öndər Heydər Əliyev tərəfindən aparılan islahatlar Azərbaycanı regionda iqtisadi və siyasi cəhətdən güclü bir dövlətə çevrilməsini təmin etdi.

Xalq öz Liderini seçməkdə yanılmamışdır. Çünki, onun apardığı uğurlu  siyasət  və  islahatlar nəticəsində xalqın üzündəki nikbinlik, inamsızlıq sevincə cevrilmiş və ölkənin başı üzərindəki qara buludların yerini işıqlı sabahlar almışdır.

 “Dünənin, bu günün, gələcəyin partiyası” olan Yeni Azərbaycan Partiyası müstəqil Azərbaycanımızın dövlətçilik tarixində yeni bir yüksəliş mərhələsinin əsasını qoydu. Yeni  Azərbaycan Partiyasının sədri, dövlət başcısı cənab İlham Əliyev partiyanın keçdiri çətin yolu  dəyərləndırərək demişdir ki, Yeni Azərbaycan Partiyası güclü təşkilat olub, Azərbaycanın ictimai-siyasi həyatında müstəsna rola malikdir. Heç bir siyasi qüvvə Yeni Azərbaycan Partiyası ilə rəqabət aparmaq iqtidarında deyildir. Məndə öz siyasi fəaliyyətimi partiysız təsəvvür etmirəm. əminəm ki, biz hamımız birlikdə həm partiyamızı daha da gücləndirəcəyik, həm də ölkəmizi daha da inkişaf etdirəcəyik. Azərbaycan müasirləşəcək, güclənəcək, çox zəngin, qüdrətli dövlətə çevriləcəkdir.

Müxalifət partiyası kimi yaranan YAP 1993-cü ildə partiyanın sədri Heydər Əliyevin prezident seçilməsi, 1995-ci ildə keçirilən parlament seçkilərində qalib gəlməklə Azərbaycanda iqtidar partiyasına çevrildi. 1992–2003-cü illərdə Yeni Azərbaycan Partiyasının sədri Heydər Əliyev olub. 2005-ci ildən isə YAP-ın sədri İlham Əliyevdir.

Yeni Azərbaycan Partiyasının namizədləri 19931998200320082013 və 2018-ci illərdə baş tutan Prezident seçkilərində qalib gəlib. 1993 və 1998-ci illərdə Heydər Əliyev200320082013 və 2018-ci  illərdə isə İlham Əliyev Azərbaycan    Prezidenti seçilib.

19952000200520102015 və 2020-ci illərdə keçirilən Parlament seçkilərində də Yeni Azərbaycan Partiyası qalib gəlib. 125 üzvdən ibarət olan Milli Məclisdə YAP 1995-ci ildə 53 nəfərlə, 2000-ci ildə 77 nəfərlə, 2005-ci ildə 63 nəfərlə, 2010-cu ildə 71 nəfərlə, 2015-ci ildə 74 nəfərlə, 2020-ci ildə isə 70 nəfərlə təmsil olunub. Hal-hazırda Yeni Azərbaycan Partiyasının 760 min nəfərdən çox üzvü var.

Yeni Azərbaycan Partiyasının üzvlərinin çoxunu gənclər təşkil edir. Hər il yüzlərlə, minlərlə partiya sıralarına könüllü olaraq vətəndaşlar daxil olurlar. Yarandığı gündən bəri seçkilərdə qalib gəlməsi və partiyaya qəbul üçün edilən müraciətlərin artmasının səbəbi cəmiyyətimiz içərisində böyük nüfuza sahib olmsı ilə eyni zamanda,Ulu öndər Heydər Əliyevin ideyalarına dərin inamından irəli gəlir.

Ulu öndər Heydər Əliyevin azərbaycan xalqına olan ən gözəl töhfələrindən biridə, tərəfindən aparılan siyasi məktəbin ən parlaq, layiqli nümayəndəsi prezident İlham Əliyevi müasir Azərbaycanın bu günkü və gələcək inkişafı naminə hazırlayaraq siyasi arenaya çıxarmaqla  Şərq dövlətçilik ənənələrinə xas olan şəkildə öz siyasi məktəbini yaratmasıdır.

 Azərbaycan dövlətinin həyatında baş verən ən mühüm hadisələrdən biri də 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin qətiyyətli qərarları və xalqımızla daima vəhdət təşkil edən qəhraman ordumuzun şücaəti ilə əldə edilən Qarabağ zəfərimizdir. Mütərəqqi Liderimiz və qalib xalqın zəfərlərə imza atan və xalqla vəhdət şəklində olan hakim siyasi təşkilat Yeni Azərbaycan Partiyası Ümummilli vəzifələrin yerinə yetirilməsində yaxından iştirak etməklə, təşəbbüsləri reallaşdırmaqla, ölkəmizin dayanıqlı və dinamik inkişafına hər zaman böyük töhfələr verəcəkdir.

Ölkədə yüksək ictimai siyasi nüfuza malik  olmaqla bütün siyasi təşkilatların lokomotivi  rolunu oynayan bir təşkilatdır -Yeni Azərbaycan Partiyası.

2022 – ci ilin fevral ayından məndə təməli Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş bu partiyanın üzvüyəm. Sevincimin həddi hüdudu yoxdur. Çünki əsası vətəninə, xalqına sədaqətlə xidmət etmək kimi prinsipləri olan bir partiyanın üzvüyəm. Sevincliyəm ona görə ki, xalqımıza  Tarixi Zəfər  sevincini yaşatmaqla milli olan doğma bir partiyanın üzvüyəm.

 Ölkəmizin inkişafının indiki tarixi mərhələsində qarşımızda duran mühüm və olduqca əhəmiyyətli vəzifələr olan ölkəmizin nüfuzunu yüksəltmək, sabitliyi və inkişafı qorumaq və gələcək nəsli Ulu öndər Heydər Əliyevin ideologiyası ilə tərbiyəsində mühüm rol oynamaqdı.  Çünki Yeni Azərbaycan Partiyasının fəaliyyətinin məramını məhz bu amallar-inkişaf, tərəqqi,milli düşüncə təşkil edir.

 

Sözümü Ulu öndər Heydər Əliyevin müdrik kəlamı ilə bitirmək istərdim: “Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır”