YAP-Cənubi Qafqazın ən böyük və nüfuzlu siyasi partiyasıdır

YAP-Cənubi Qafqazın ən böyük və nüfuzlu siyasi partiyasıdır
Gülbacı Salmanlı
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədr müavini
Suraxanı rayonu, 208 nömrəli tam orta məktəbin direktor əvəzi
Ulu Öndər Heydər Əliyevin 91 nəfər ziyalının 16 oktyabr 1992-ci il tarixli müraciətinə cavab olaraq demişdir- “Güman edirəm ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində Sizin müraciətinizdə göstərilən Yeni Azərbaycan Partiyasının yaradılması obyektiv zərurətdən doğur. Belə partiya Azərbaycanın siyasi-ictimai həyatında fəal iştirak edərək yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər”.
Ölkəni böhrandan çıxarmaq üçün yeni partiya yaratmaq təşəbbüsü ilə çıxış edən Azərbaycan ziyalıları məsuliyyətli və doğru qərar verərək Ümummilli Lider Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər. Bütün xalqın arzu və istəklərinin ifadəsi olan və Azərbaycanın görkəmli ziyalıları, tanınmış insanları və nüfuzlu şəxsiyyətlərinin imzaladıqları “91-lər”in müraciətində Heydər Əliyevdən yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etmək xahiş olunurdu.
21 noyabr 1992-ci il tarixində Naxçıvanda ölkəmizin bütün regionlarından nümayəndələr və 550 nəfərdən ibarət təşəbbüs qrupunun iştirak etdiyi Təsis konfransında Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar, partiyanın Nizamnaməsini və Proqramını qəbul edilərək partiyanın sədri Ulu Öndər Heydər Əliyev seçildi. Cəmiyyətin aparıcı və Ümumxalq partiyasına çevrilən Yeni Azərbaycan Partiyası qısa zamanda dünənin, bu günün və sabahın partiyası” səviyyəsinə yüksələrək çox böyük, şərəfli və uğurlu yol keçmişdir. Hər zaman Heydər Əliyevin siyasi irsinə sadiq qalan Yeni Azərbaycan Partiyasına 2005-ci il 26 mart tarixində keçirilmiş III qurultayında yeni sədr olaraq – Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev seçilmişdir.
Yeni Azərbaycan Partiyası iqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən asılı olmayaraq Azərbaycan vətəndaşlarını ümumi siyasi ideya ətrafında birləşdirərək Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət və azad vətəndaş cəmiyyəti qurmaq məqsədi olan bir Cənubi Qafqazın ən böyük və nüfuzlu, eyni zamanda da milli həmrəyliyi yaşadaraq “iqtidar-xalq” modelini icra edən siyasi partiyasıdır.
2021-ci il 5 mart tarixində Mehriban xanım Əliyevanın partiya sədrinin birinci müavini kimi təyin olunması Azərbaycanın dövlət siyasətində qadına ayrılan xüsusi diqqətin təcəssümüdür.