“Xudafərin” hidroqovuşağının istismara verilməsi və “Qız qalası” hidroqovuşağının açılış mərasimi mühim hadisələrdir
Nuranə Hüseynova
YAP Suraxanı rayon təşkilatının üzvü
Suraxanı rayonu, 89 nömrəli məktəbin direktor müavini
Azad edilmiş Qarabağ və Şərqi Zəngəzur bölgələri,eləcə də Naxçıvan bölgəsi Azərbaycanda “yaşıl enerji”zonaları elan edilib. Mayın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisinin iştirakı ilə Araz çayı üzərində inşa edilmiş “Xudafərin” hidroqovuşağının istismara verilməsi və “Qız qalası” hidroqovuşağının açılış mərasimi keçirilib. Prezident İlham Əliyev bu günün əlamətdar gün olduğunu vurğulamış ,ölkələrarası münasibətlər zəminində bir çox məsələlərə toxunmuşdur.
Cənab İlham Əliyevin xüsusilə toxunduğu məsələlərdən biri “yaşıl enerji” zonaları ilə bağlı olmuşdur.İ.Əliyev qeyd etmişdir ki, Qarabağ və Şərqi Zəngəzur bölgələri,eləcə də Naxçıvan bölgəsi Azərbaycanda “yaşıl enerji” zonaları elan edilib. Bu bölgələr ərazimizin 25 faizini təşkil edir. Bu bölgələrdə “yaşıl enerji” mənbələrinin yaradılması bütün bölgə üçün fayda verəcək. İşğaldan azad edilmiş torpaqlarda son üç il ərzində 270 meqavat gücündə su elektrik stansiyaları inşa edilib.
Bu stansiyaların istehsal gücünü 500 meqavata çatdırmaq üçün konkret proqram var və yaxın iki-üç il ərzində bu həll olunacaq. İranla Azərbaycan arasında elektrik xətlərinin müasirləşməsi artıq həll olunub və bu ölkələrimiz və digər ölkələr üçün fayda gətirəcək layihə olacaq.