Xocalı qurbanlarının xatirəsi daim ehtiramla yad edilir

Xocalı qurbanlarının xatirəsi daim ehtiramla yad edilir

Ruhanə Məmmədova

YAP Suraxanı rayon təşkilatının fəal üzvü

Suraxanı rayonu, 278 nömrəli tam orta məktəbin müəllimi

Xocalı soyqırımı Azərbaycan xalqının qan yaddaşıdır. Biz nəsildən nəsillərə bu bənzərsiz faciənin detallarını ötürməliyik, daha çox dünya ictimaiyyəti tərəfindən tanınmasına çalışmalıyıq. Onun dünya miqyasında tanıdılması, ona beynəlxalq areanda qiymət verilməsi çox vacib məsələdir. Bu addım faciənin beynəlxalq aləmdə tanıdılması istiqamətində mühüm mərhələdir. 

Xocalı faciəsinə ilk siyasi-hüquqi qiymət Ümummilli Lider Heydər Əliyev tərəfindən verilmişdir. 1994-cü ildə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul olunmuş qərarla 26 fevral “Xocalı Soyqırımı Günü” elan edilmiş və hadisəyə hüquqi-siyasi qiymət verilmişdir. Ulu Öndər Heydər Əliyevin ən layiqli davamçısı Prezident cənab İlham Əliyev dəfələrlə vurğulamışdır ki, Xocalı faciəsi təkcə Azərbaycan xalqına qarşı deyil, bütövlükdə insanlığa qarşı törədilmiş cinayətdir. Dövlət başçısının mövqeyinə görə, bu hadisəyə beynəlxalq səviyyədə hüquqi qiymət verilməli və günahkarlar məsuliyyətə cəlb olunmalıdır.

Qüdrətli ordumuz cənab Prezidentin rəhbərliyi ilə ermənilərin cavabını döyüş meydanında verdi. Bu, həm hərbi qələbənin, həm də milli iradənin təntənəsi oldu. Tarixi ədalət gec də olsa öz yerini tapdı. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı döyüş meydanında azad etdi.

 Xocalı qurbanlarının xatirəsi daim ehtiramla yad edilir və onların ruhu qarşısında borcumuz həqiqətləri gələcək nəsillərə ötürmək, belə faciələrin bir daha təkrarlanmaması üçün mübarizə aparmaqdır. Bu gün Xocalı torpağında Azərbaycan bayrağı dalğalanır. Böyük Qayıdış prosesi çərçivəsində doğma yurdlarından didərgin düşmüş soydaşlarımızın Xocalıya dönüşü təmin olunur. Bu, şəhidlərimizin qanının yerdə qalmadığının, ədalətin bərpa olunduğunun bariz nümunəsidir.